Sağlamlıq
Həkimdən xəbərdarlıq: Saunaya çox gedənləri bu təhlükə gözləyir
Testis toxumaların qənaətbəxş işləməsi üçün orta bədən istiliyindən iki dərəcə aşağı temperatur tələb olunur ki, bu da 35C-dir.
Publika.az xəbər verir ki, bu barədə uroloq-androloq, Hüseyn Sadıqov bildirib.
Onun sözlərinə görə, bu temperatur rejimi bədəndən kənarda olan xayalıqda saxlanılır. Tez-tez isti vanna qəbul edərkən, testis toxumaları yaxşı işləmir ki, bu da sperma keyfiyyətini azaldır və kişi sonsuzluğunun inkişafına səbəb olur.
İsti vannalar, sauna və hamamlara tez-tez baş çəkmək Leydig hüceyrələrində (xayaların toxumalarında hormon istehsal edən hüceyrələr) testosteronun sintezini azaldır. Buna görə də kişilərdə libido və orqazm keyfiyyəti azalır, erektil disfunksiya yaranır,
Sadıqovun sözlərinə görə, hamiləliyin planlaşdırılmasından kənar, kişilər həftədə iki dəfədən çox olmamaqla saunaya getməli və ya isti vanna qəbul etməlidirlər. Hamiləliyə hazırlıq dövründə bu prosedurlardan qəti şəkildə imtina edilməlidir.
“İlk növbədə xayalarda yüksək hərarət spermanın hərəkətliliyinə və morfoloji parametrlərinə təsir edir”, - ekspert xəbərdarlıq edib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi


































.jpg)

.jpg)
