Sağlamlıq
İmmunoloq qrip müalicəsində 2 böyük səhvi açıqladı
Qrip və ya SARS-ın ilk əlamətlərini hiss edən bəzi xəstələr spirtli içkilər içə və ya saunaya gedə bilərlər. Lakin xəstəlik əlamətləri varsa, spirtli içki içmək və ya saunaya getmək böyük səhvdir.
Publika.az xəbər verir ki, bu sözləri allerqoloq-immunoloq Vladimir Bolibok deyib.
Onun sözlərinə görə, bu cür davranış qan dövranına zərbə vurur və xəstəliyin daha ağır gedişinə səbəb olur. İş hətta trombozla da bitə bilər. Laxtalanma pozğunluqları spirt içdikdən sonra bir neçə gün davam edə bilər.
"Növbəti səhv sauna prosedurlarından istifadədir. Kimsə hamama gedir, kimsə isti vanna qəbul edir. İnsanın qızdırması varsa, heç bir halda hamama, saunaya getməməli, isti vanna qəbul etməməlidir. Bu zaman bədən daha çox yüklənir. Həddindən artıq isinməyə başlayarsa, vəziyyəti daha da pisləşəcək”, – Bolibok ura.ru-ya müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, qızdırma salan dərmanlardan istifadə edərkən diqqətli olmaq və həkimlə məsləhətləşmək lazımdır. Çünki bu dərmanlar bəzən köməkdən çox zərər verir. Həkim əsasən antiinflamatuar dərmanlar qrupundan istifadə etməyi tövsiyə edib.
İmmunoloq sonda qeyd edib ki, bəzi hallarda insanlar hərarətə asanlıqla dözür və dərmana ehtiyac duymurlar. Bundan əlavə, Bolibok xəbərdarlıq edib ki, antibiotiklər viruslara təsir etmir, eyni zamanda mikrofloranı məhv edir.
Aytən Məftun
-
Hadisə02:30Azərbaycanda dəhşət - 5 nəfər yanaraq öldü
-
İdman01:41Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları - Doğma meydanda uduzan kimlərdir?
-
Hadisə01:11Şəkidə faciəvi şəkildə ölən Ucal bu qurumun ƏMƏKDAŞI İMİŞ
-
İdman00:15"Qarabağ"dan gedən Abdullah Zubirlə bağlı YENİ XƏBƏR
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Magazin18 Sentyabr 23:48Nuranın oğlu bu ölkədə təhsil alacaq
-
Hadisə8 Sentyabr 23:36“Şəki yaylası”nda həyatını itirən Coşqunla Ucalın FOTOLARI
-
Dünya8 Sentyabr 23:00BMT Trampın Aya dair iddialarına cavab verdi



















.jpg)



.jpg)





.png)




