Sağlamlıq
Oruc tutan hamilə qadınların uşaqları... - TƏHLÜKƏ
Hamiləlik dövrü Ramazan ayına təsadüf edən və ay boyunca oruc tutan qadınların uşaqları daha az çəki ilə doğulub.
Publika.az xəbər verir ki, bu barədə "PLOS One" jurnalı Almaniyada yerləşən Yohannes Qutenberq Universitetinin mütəxəssislərinin apardığı araşdırmanın nəticələrini dərc edib.
Bildirilir ki, Ramazan ayında yetkin müsəlmanlar gündüz saatlarında yeməkdən çəkinir, gün batdıqdan sonra isə yenəyə başlayırlar. Eyni zamanda, onların gecə yedikləri yeməklərdə adi yeməklərdən daha çox sadə karbohidratlar və yağlar olur.
Digər tərəfdən isə hamilə qadının bu zaman yuxu rejimi pozulur çünki yeməyi bişirmək və qəbul etmək axşam saatlarınadək təxirə salınır.
Araşdırma nəticəsində alimlər Ramazan ayı zamanı hamilə olan 326 qadın arasında sorğu keçirib. Nəticədə bu analardan yeni doğulan uşaqların çəkisinin 158 qram az olduğu məlum olub. Eyni zamanda, əgər qadınlar hamiləliyin ilk trimestrində oruc tutubsa, o zaman fərq 353 qram səviyyəsində olub.
Ayşən
-
Pul10:13Fransa iqtisadiyyatı üçün həyəcan təbili: “S&P” də proqnozunu pisləşdirdi
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu


































