Sağlamlıq
Gözlərin sulanması bu xəstəlikdən xəbər verir
Gözlərimiz dünyaya açılan qapımızdır. Göz sağlamlığımıza diqqətli qayğı göstərmək lazımdır.
Publika.az “Haber Global”a istinadən xəbər verir ki, göz sağlamlığımız təhlükə altındadırsa, sulanma və yanma gözün verdiyi ilk siqnallardan olur.
Göz yaşı vəzinin əmələ gətirdiyi göz yaşları göz sağlamlığı üçün çox vacibdir. Göz yaşı üst və alt göz qapaqlarında mövcud olan dəliklərdən gözyaşardıcı kanala və burnun içərisinə axır. Bu kanalda qismən və ya tam tıxanma varsa, normaldan daha çox göz yaşı əmələ gəlir və göz sulanır.
Gözyaşı kanalının tıxanması anadangəlmə və ya sonradan yaranan bir problemdir. Gözün səthində meydana gələn göz yaşlarının boşaldıldığı hissədəki maneələrə gözyaşı kanalının tıxanması deyilir.
Göz yaşı kanalının tıxanmasının ən çox görülən səbəbi gözyaşardıcı kanalın buruna açılan hissəsində anadangəlmə obstruksiya və ya ağır stenozdur.
Məlumata görə, anatomik quruluşa əsasən xəstəliyə tutulanların çoxu qadınlardır.
Tez-tez göz iltihabı, buruna sərt zərbələr, burun əməliyyatı gözyaşardıcı kanalın tıxanmasına zəmin yarada bilir.
Lakrimal kanal tıxanmasının ən bariz simptomu hər iki gözdə və ya bir gözdə sulanmadır. Göz yaşı həm gözün səthini təmizləyir, həm də gözü nəmləndirir. Buna görə də gözdə yanma əmələ gəlmir.
Ancaq gözdə gözyaşı kanalının tıxanması varsa, kanal tıxandığından zamanla göz yaşları yığılır və bu yığılmış gözyaşında tez-tez infeksiya baş verə bilər. Bundan əlavə yanma, göz ətrafında şişlik və lakrimal kisənin iltihabı görünə bilər.
Gözyaşı kanalının tıxanmasının müalicəsi necədir?
Bu problem körpələrdə adətən spontan və ya masajla düzələ bilir. Ancaq problem düzəlməzsə və qalıcı olduğu müəyyən edilərsə, antibiotik damcıları və gözyaşı kanalı masajı tətbiq oluna bilər.
Yetkin xəstələrdə gözyaşardıcı kanal tıxanmasının yeganə müalicəsi DCR adlanan cərrahi əməliyyatdır. Bu prosseslə gözdə yeni bir kanal yaradılır.
Göz sağlamlığımız üçün hər zaman gigiyena qaydalarına diqqət etməli, uzun müddət mavi ekran və günəş işığına məruz qalmamalıyıq.
Gülnar
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi












.webp)






.jpg)







.jpg)





.jpg)




