Sağlamlıq
Qorxduğumuz oldu: Çindən sonra Avropada da uşaqlar xəstələnməyə başladı - VİDEO
Çinin bəzi şəhərlərində, xüsusən Pekində son həftələrdə artan tənəffüs sistemi xəstəlikləri narahatlıq yaratmağa davam edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının uzaqdan izlədiyi və Çin rəsmilərindən izahat gözlədiyi “sirli pnevmoniya epidemiyası” səbəbindən xəstəxanalar dolub. Xüsusilə uşaqlara təsir edən xəstəliyin əsas simptomları yüksək hərarət və öskürəkdən ibarətdir. Ötən həftələrdə Çində baş verən epidemiya Avropada da yayılmağa başlayıb. Hollandiyada son günlər xüsusilə uşaqlar arasında çox ciddi tənəffüs yolu xəstəlikləri epidemiyasının baş verdiyi açıqlanıb. Səlahiyyətlilər simptomların Çində yayılan xəstəliyin əlamətlərinə bənzədiyini söyləyib.
Hollandiyanın Utrext şəhərində xəstə sayının getdikcə artdığı, xüsusilə 5-14 yaş arası uşaqların xəstələndiyi bildirilib. Verilən məlumatlara görə, xəstəlik nisbəti keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb. Ağciyərlərdə iltihaba səbəb olan xəstəliyin bakterial və ya virus əsaslı olduğu qeyd olunub.
Digər tərəfdən, sosial şəbəkələrdə yayımlanan foto və videolarda Çindən yayılan görüntülərdə təmizlik işçilərinin xüsusi geyimlərdə və xüsusi sistem vasitəsilə küçə və məktəbləri təmizlədiyi nəzərdən qaçmayıb.
Qeyd edək ki, 2019-cu ilin son həftələrində Çində ortaya çıxan koronavirus daha sonra bütün dünyaya yayılaraq milyonlarla insanın ölümünə səbəb oldu. Bəzi rəsmilər və ekspertlər Çinin COVİD-19 haqqında beynəlxalq ictimaiyyəti gec məlumatlandırdığını söyləyərək, hələ də Çin administrasiyasını günahlandırırlar.
Aytən
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı














.jpg)












.jpg)








