Sağlamlıq
SOS: 2024-cü ildə 3 epidemiya təhlükəsi var
Alim və ekspertlər 2024-cü ildə 3 müxtəlif epidemiya xəstəliyinin yayıla biləcəyi barədə xəbərdarlıq ediblər. Mütəxəssislərin sözlərinə görə, COVİD-19 gələn il yayılmağa davam edəcək, həmçinin başqa iki xəstəliyin də sürətlə yayılma potensialı yüksəkdir.
Publika.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.
Səlahiyyətlilər İngiltərədə denge qızdırması və meymun çiçəyi virusunun yayılma ehtimalının yüksək olduğunu qeyd ediblər. Birləşmiş Millətlər Təşkilatı daxilində fəaliyyətini davam etdirən Ümumdünya Səhiyyə Təşkilatının Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması Departamentinə rəhbərlik edən Dr. Mariya Van Kerxova bildirib ki, qlobal iqlim dəyişikliyi və cinsi yolla keçən xəstəliklər bu epidemiyaların tətikləyiciləridir. Dr. Van Kerxova "British Sky News"a verdiyi açıqlamada COVİD-19-un yenidən artdığını və xroniki xəstəlikləri olan insanların və yaşlıların diqqətli olması lazım olduğunu söyləyib. O, peyvəndin əhəmiyyətini də xüsusi vurğulayıb.
Mütəxəssislər denge qızdırmasını ağcaqanadların yaydığını, bu xəstəliyin qlobal iqlim dəyişikliyinin və həddindən artıq isti hava şəraiti olan digər ölkələrə də keçə biləcəyini və İngiltərədə yoluxma sayının arta biləcəyini bildiriblər.
Denge qızdırması şiddətli əzələ sıxılmasına, bəzi hallarda ölümcül nəticələrə səbəb ola bilər. Xüsusilə Avropada aşkar edilən Asiya pələng ağcaqanadının bu xəstəliyi daşıdığı bildirilib. Xəstəliyin simptomlarına şiddətli baş ağrısı, göz arxasında ağrı və oynaq ağrısı daxildir.
Meymun çiçəyi narahatçılıq doğurur
Meymun çiçəyi virusu da son illərdə Avropada qısamüddətli epidemiya kimi beynəlxalq ictimaiyyəti narahat edir. Ümumilikdə mərkəzi və qərbi Afrika ölkələrində görülən bu xəstəliyin cinsi yolla yoluxduğu məlumdur.
Aytən
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı







































