Son 30 ildə İLK: insanda at ensefaliti qeydə alındı
Bizi izləyin

Sağlamlıq

Son 30 ildə İLK: insanda at ensefaliti qeydə alındı

Son 30 ildə İLK: insanda at ensefaliti qeydə alındı

Argentinada bir insanda Qərb at ensefaliti (WEE) aşkar edilib. ÜST artıq vəziyyətdən xəbərdardır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son 30 ildə ilk dəfədir ki, insanda bu infeksiya aşkar edilib. Bundan əvvəl WEE Argentinada 1982/1983-cü illərdə, atlar arasında xəstəliyin baş verdiyi zaman qeydə alınıb. İnsanda isə bu infeksiya sonuncu dəfə 1996-cı ildə aşkar edilib.

Məlum olub ki, yoluxmuş şəxs kənd ərazisində işləyir. Xəstədə baş ağrısı, miyalgiya, başgicəllənmə, çaşqınlıq və qəfil qızdırma kimi simptomlar inkişaf edib. Xəstə reanimasiya tələb edən tibb müəssisəsinə aparılıb və 12 gün süni nəfəs aparatına qoşulub. O, dekabrın 20-də evə buraxılıb. Onun hazırda ambulator müşahidə altında olduğunu bildirilib.

ÜST-ün bəyanatında deyilir ki, bu barədə məlumatı dekabrın 20-də Argentinanın Beynəlxalq Səhiyyə Qaydalarının Milli Koordinatoru onlara çatdırıb.

WEE atlar və insanlara nadir ağcaqanadla yoluxan viral xəstəlikdir. ÜST-ün yaydığı məlumata görə, insan yoluxmalarının əksəriyyəti quşlar və ya atlar arasında epidemiyalarla əlaqələndirilir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm