Sağlamlıq
Hamiləlik şansını aşağı salan məhsullar
Rasionda çoxlu qırmızı ət embrion inkişafına pis təsir edə və hamiləlik şansını azalda bilər.
Publika.az xəbər verir ki, bu barədə "Gazeta.ru"ya reproduktoloq Yuliya Koloda məlumat verib.
"Yüksək qlisemik yük, yəni böyük miqdarda karbohidratların istehlakı köməkçi reproduktiv texnologiya proqramları zamanı yumurtalıqların stimullaşdırılmasına zəif reaksiyası ilə müşayiət oluna bilər. Həmçinin alkoloq, kofein, rəfinə edilmiş şəkər, un məmulatları, qlüten və şəkər əvəzləyicilər də hamiləlik şansını azaldır", - Koloda bildirib.
O, həmçinin soya yeməklərində diqqətli olmağı tövsiyə edib ki, bu da mayalanma şansını azalda bilər. Ancaq taxıllar, süd və tərəvəzlər hamiləlik ehtimalını artıran məhsullar sırasına daxildir.
Hamiləlik şansını artıran məhsullar
Meyvələr və tərəvəzlər
Sperma və yumurta keyfiyyətini yaxşılaşdıran antioksidanlar, vitamin, lif və glutatyonla zəngindir. Qulançar və kələm xüsusilə faydalıdır.
Kompleks karbohidratlar
İnsulin sıçrayışlarının qarşısını almaq üçün ağ undan hazırlanmış məhsulları yerinə tam taxıl, qəhvəyi düyü və kuinoa yeyin.
Bitki zülalları
Heyvan ətində çoxlu sağlam olmayan yağlar var. Buna görə də zülal mənbəyi kimi bitkiləri seçmək daha yaxşıdır.
Balıq
Protein mənbəyi kimi də xidmət edə bilər. Tərkibində bədən üçün faydalı olan çoxlu omeqa-3, yağlı poli, doymamış turşular da var.
Aytən
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı







































