Sağlamlıq
Xırnik qurusunun faydaları: Hansı xəstəliklərin dərmanıdır? - FOTO
Təzyiqdən şəkər xəstəliyinə, ürək xəstəliklərindən mövsümi xəstəliklərə qədər bir çox sağlamlıq problemlərinin dərmanı olan qurudulmuş xırnik şəfa mənbəyidir.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli herbalist (bitkilərlə müalicə üzrə məlumatlı şəxs - red.) Koray Özkılıç danışıb. Koray Özkılıçın sözlərinə görə, qurudulmuş cənnət xurması (xırnik) lif baxımından çox zəngin olduğu üçün pəhriz yeməkləri siyahısında üstünlük verilən qidalardandır. Həmçinin qış aylarında xəstəliklərə qarşı immunitet sisteminin gücləndirilməsində faydalıdır.
“Xırnik qurusu bir çox xəstəliklər, o cümlədən yüksək təzyiq, şəkərli diabet və ürək xəstəlikləri üçün faydalıdır”, - deyə o bildirib.
“Qurudulmuş xırnik yetişmiş xırniyin günəşin altında qurudulması ilə əldə edilir. Bəzən buna çox üstünlük verilməsə də, istifadə olunması zəruri olan meyvədir. Cənnət xurması payız mövsümünün ən sevilən meyvələrindən biridir. Minerallar, antioksidantlar və lif baxımından zəngindir. Tərkibində yağ olmadığı üçün eyni zamanda sağlam və təbii karbohidrat qaynağıdır. Təzə, qurudulmuş və ya bişmiş halda yeyilə bilən meyvədir”, - deyə Koray Özkılıç qeyd edib.
Onun sözlərinə görə, bu meyvədən, həmçinin peçenye, keks, pudinq, salat və s. üçün ləzzətli sous kimi qurudulmuş şəkildə də istifadə olunur.
Herbalist əlavə edib ki, xırniyin bir çox faydası olsa da, qədərindən çox istifadə edilməməlidir.
“Xüsusilə də şəkərli diabet xəstələri üçün tövsiyə edilən miqdardan çox istifadə olunmamalıdır”, - deyə o vurğulayıb.
oxu.az
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa24 Aprel 16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial24 Aprel 15:47Əli Əsədov əmr imzaladı







































