Sağlamlıq
Bananın daha bir MÖCÜZƏVİ FAYDASI üzə çıxdı
Banan dadlı ekzotik meyvə olmaqla yanaşı, həm də çox qiymətli qida mənbəyidir.
Publika.az xəbər verir ki, "News102.ru" saytına müsahibə verən qastroenteroloq Əzəmət Qabuyev bananın qeyri-adi xüsusiyyətlərini qeyd edib.
Mütəxəssisin sözlərinə görə, bananın tərkibində gündəlik kaliumun 9 faizi var. Buna görə də, meyvə ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir, qan təzyiqini normallaşdırmağa kömək edir və bədəni bütün gün enerji ilə təmin edir.
Eyni zamanda, qastroenteroloq məhsulu acqarına yeməməyi tövsiyə edir. Çünki bu, ürəyin və damarların yükünü artıra bilər. Bu baxımdan, Qabuev gündə bir banan və onu yalnız desert kimi yeməyi məsləhət görür.
“Şəkərli diabet xəstələri yüksək karbohidrat tərkibinə görə banan yeyərkən diqqətli olmalıdırlar. Onu qreypfrut və ya alma ilə əvəz etmək olar, onlar da əla lif, C vitamini və kalium mənbəyidir”, - həkim yekunda qeyd edib.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ














.jpg)
























