Sağlamlıq
Bu yağlar həm ürəyi qoruyur, həm də orqanizmə böyük fayda verir
Beynin, ürəyin, damarların sağlamlığını qorumaq, əksər hormonların istehsalını və bir çox başqa məqsədlər üçün bədənin yüksək keyfiyyətli yağlara ehtiyacı var.
Publika.az xəbər verir ki, bu barədə kardioloq Olqa Bokeriya teleqram kanalında yazıb. Mütəxəssis qeyd edib ki, nəticə etibarı ilə bədənimizdəki hər hüceyrənin qoruyucu membranı yağlardan ibarətdir.
"Qoz-fındıq, avokado və zeytun yağında olan yağlar qan damarları üçün faydalı hesab olunur. Onlara mono doymamış yağlar deyilir. Yeri gəlmişkən, qırmızı ətin tərkibində bir cüt karbon-karbon ikiqat bağı olan yağ turşuları da var. Mono doymamış yağlar kimi, çoxlu doymamış yağlar da qanda aşağı sıxlıqlı lipoproteinlərin ("pis" xolesterin kimi tanınan LDL) səviyyəsini azaldır və buna görə də sağlamlığa faydalı təsir göstərir. Onlar balıqda, qozda, günəbaxan toxumunda və küncütdə olur. Bu yağlara bəzi ət növlərində də rast gəlinir. Amma fəstfudlar, souslar, tortlar və bu kimi məhsulların istehsalında istifadə edilən trans yağlar qanda LDL səviyyəsini artıraraq aterosklerozu şiddətləndirir", - kardioloq vurğulayıb.
Həkimin sözlərinə görə, bədəndəki yükü və ürək-damar sistemi üçün riskləri nəzərə alaraq, rasionunuza qız, fındıq, zeytun yağı və avokado əlavə etməyə dəyər.
Aytən
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var






















.jpg)















