Sağlamlıq
Alimlər laboratoriyada testislər inkişaf etdirməyə müvəffəq oldu
Alimlər laboratoriya şəraitində kişi reproduktiv pozğunluqlarının müalicəsinə kömək edəcək böyük bir irəliləyiş əldə ediblər.
Publika.az xəbər verir ki, İsrailin Bar-İlan Universitetinin mütəxəssisləri "laborator testislər" hazırlayıblar.
Testislər sperma və testosteron adlı hormonun istehsalında çox vacibdir. Əgər onlar inkişaf etmirsə və ya düzgün fəaliyyət göstərmirsə, bu, cinsi inkişaf pozğunluqlarına və kişi sonsuzluğuna səbəb ola bilər. Bu, dünyada hər 12 kişidən birində rast gəlinən problemdir.
Dölün cinsiyyətinin təyini üzrə ixtisaslaşmış tədqiqatçı Dr. Nitzan Gönenin sözlərinə görə, siçanlar üzərində aparılan araşdırmada tədqiqatçı tələbələr Aviya Stopel, Çeli Lev və Stav Dahari ilə birlikdə çalışıblar. "Süni testislər cinsi inkişaf pozğunluqları və sonsuzluq üçün terapevtik tətbiqlərə çevrilə bilən testis inkişafı və funksiyası ilə bağlı əsas tədqiqatlar üçün perspektivli bir modeldir", - Gönen qeyd edib.
Siçan xayalarından əldə edilən hüceyrələrdən çıxarılan kiçik, süni orqanların təbii siçan xayalarının quruluşuna və funksiyasına bənzədiyi açıqlanıb.
"Reprodivlik klinikaları kişi sonsuzluğuna səbəb olan bəzi problemləri sperma sayının az olması və ya anormal quruluşu ilə izah edə bilər. Lakin onlar buna nəyin səbəb olduğunu, hansı genom mutasiyalarının bu vəziyyətə səbəb olduğunu və ya cinsiyyət orqanlarının fəaliyyətində nəyin səhv olduğunu bilmirlər. Nəticədə boruların spermanı yaxşı daşımadığını tam olaraq anlamırıq. Artıq istehsal etdiyimiz modelin sistemi daxilində bu məsələləri araşdırmaq mümkün olacaq", - keçən həftə İsrailin "Haaretz" qəzetinə müsahibə verən Gönen açıqlayıb.
Qeyd edək ki, Gönen komandasının yaratdığı orqanoidlər yeni doğulmuş siçanlardan alınan yetkinləşməmiş testis hüceyrələrindən hazırlanıb.
-
Cənubi Qafqaz23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin122:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO



































