Sağlamlıq
Bu məhsullar tütündən daha zərərlidir
Qəlyanaltılar, qazlı içkilər, hazır məmulatlar və bu kimi qidaların istehlakı xərçəng də daxil olmaqla 30-dan çox xəstəliyin riskini artırır.
Publika.az xəbər verir ki, ABŞ, Avstraliya, Fransa və İrlandiyadan olan bir qrup alimin bu barədə apardıqları araşdırmalarının nəticələri "The BMJ"də dərc olunub. Söhbət sənaye üsulu ilə istehsal olunan yarımfabrikat məhsullardan gedir. Alimlər hesab edirlər ki, belə məhsullar hətta tütündən də zərərlidir. Onların tərkibində boyalar, emulqatorlar və digər əlavələr var, həmçinin yağlar və duzlarla zəngindir, lakin lif və vitaminlər baxımından zəifdir.
Elm adamları son üç il ərzində təxminən on milyon xəstənin qidalanması haqqında məlumat toplayıb və belə qidaların istehlakının ölümcül ürək-damar xəstəlikləri riskinin 50%, narahatlıq və digər psixi pozğunluqları isə 48-53%, diabet xəstəliyini 12% , piylənməni 40-66% və ölüm riskini 21% artırdığını müəyyən ediblər. Ümumilikdə siyahıya onkoloji də daxil olmaqla 32 xəstəlik daxil edilib.
Bu dəhşətli nəticələrə baxmayaraq, müəlliflər vurğulayıblar ki, onların tədqiqatları ultra yarımfabrikat qidaların zərəri arasında səbəb-nəticə əlaqəsini dəstəkləmir. Onlar insanları sağlam qidalanma vərdişlərini gücləndirmək üçün səy göstərməyə çağırıblar.
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək





















.jpg)



.webp)










