Sağlamlıq
Həftədə 15 min addım atın: Ömrünüzü bu qədər uzadın
Həftədə cəmi 15.000 addım atmaq ömrünüzü üç il uzada bilər.
Publika.az xəbər verir ki, Böyük Britaniyada London İqtisadiyyat Məktəbi və sığorta şirkətinin apardığı araşdırma müntəzəm idmanın ömrü üç ilə qədər uzada biləcəyini göstərib.
Tədqiqatda Böyük Britaniya və Cənubi Afrikada on il ərzində bir milyondan çox insanın davranış və vərdişləri qiymətləndirib. Nəticələrə baxsaq, idmanın müsbət təsirləri bütün yaş qruplarında qeydə alınıb, lakin bu fakt xüsusilə yaşlı nəsillər üçün keçərli olub.
Həftədə üç və ya daha çox müntəzəm olaraq 7500 addım atan 65 yaşdan yuxarı insanların ölüm riskində 52 faiz azalma müşahidə olunub. 45-65 yaş qrupunda isə ölüm riskinin 38 faiz azaldığı bildirilib.
İki il ərzində həftədə ən azı 15000 addım ataraq sağlam fiziki vərdişini saxlayan kişilərin orta ömür uzunluğunun 2,5 il, qadınların isə 3 il uzana biləcəyi müşahidə edilib.
Bu, həmçinin 2-ci tip diabet riskinin və hazırda diabet xəstəliyi olanlarda ölüm riskinin 40 faiz azalmasına səbəb olub.
London İqtisadiyyat Məktəbinin professoru Koan Kosta-Font bildirib ki, sağlam həyat tərzi bədəni bir çox xəstəliklərdən qoruyur:
“Yaxşı vərdişlər ömrü uzada, ictimai səhiyyə xidmətlərində ciddi qənaət yarada və iş məhsuldarlığını artıra eyni zamanda psixi sağlamlıq, sosial təcrid, xərçəng və 2-ci tip kimi yoluxucu olmayan xəstəliklərin yaratdığı əhəmiyyətli uzunmüddətli problemlərin həllinə kömək edə bilər".
Aytən
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?







































