Sağlamlıq
Qəhvə içəndə yuxusu qaçmayanlar: bu orqanınız ciddi təhlükədədir
Yuxunu qaçırmağa və enerji artırmağa kömək edən qəhvə, bəzi insanlarda bu təsirə malik deyil.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dietoloq Çisem Nur Ertopçu qəhvə içməsinə baxmayaraq yuxusu qaçmayan insanların qaraciyərində problem olduğunu deyib.
O bildirib ki, qaraciyər “CYP-1A2” adlı ferment kofeindən metil çıxarır.
“Əgər, qəhvə içməyin yuxunuza heç bir təsiri yoxdursa, demək, bu ferment çox işləyir. Faza-1 sürətli işləyirsə və 2-ci faza kifayət qədər işləmirsə, bu, orqanizm üçün son dərəcə təhlükəli və zəhərli bir vəziyyətdir.
Dietoloq əlavə edib ki, bu vəziyyət həm sağlamlıq üçün təhlükəlidir, həm də arıqlaya bilməməyə səbəb olur.
“Hər yolu cəhd etsəniz də, artıq çəkidən hələ də xilas ola bilmirsinizsə, bu qrupda ola bilərsiniz. Mitoxondriləriniz düzgün işləməyə bilər. Bundan əlavə, siqaret çəkirsinizsə, o, 1-ci mərhələni sürətləndirə və vəziyyəti daha da artıra bilər. Əgər içdiyiniz qəhvə yuxunuzun qaçmasına təsir etmirsə, dərhal həkimə müraciət edin və qaraciyərinizi yoxlatdırın”.
Gülnar
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?







































