İsti duşun zərərləri - Saymaqla bitmir
Bizi izləyin

Sağlamlıq

İsti duşun zərərləri - Saymaqla bitmir

Hamam ləvazimatları brendinin sifarişi ilə aparılan araşdırmaya görə, həddindən artıq isti duş baş dərisini və saçları təbii yağlardan arındırır, nəticədə baş dərisi quruyur, qabıq verir və qaşınır, saçları isə daha kövrək olur.

Publika.az xəbər verir ki, araşdırmanın nəticələri "Sözcu"də yayımlanıb.

"İsti duşdan sonra ekzema və ya psoriaz kimi vəziyyətlər əhəmiyyətli dərəcədə pisləşə bilər. Güclü istilik qıcıqlanma və iltihabı gücləndirir, daha şiddətli xəstəliklərə və narahatlığa səbəb olur", - tədqiqatçılar qeyd edib.

Bundan əlavə, suyun çox yüksək temperaturu ürəyə əlavə gərginlik yaradır. Bu səbəbdən ürək-damar xəstəlikləri olan insanlar huşunu itirərək duş kabinəsində və ya vanna otağında hiss olunmadan yatıb qala bilərlər.

"İsti duşdan gələn istilik damarların genişlənməsinə səbəb olur, qan axınını saxlamaq üçün ürəyin daha çox "pompalanmasını" tələb edir. Bundan əlavə isti suyun yaratdığı gərginlik əvvəllər ürək xəstəlikləri olan insanlara problem yarada və potensial olaraq ürək-damar stressinin artmasına səbəb ola bilər. Müəyyən ürək-damar xəstəlikləri olan insanlarda bu, özünü başgicəllənmə və ya halsızlıq kimi göstərə bilər. Ürəyin gərginliyi və qan təzyiqinin qəfil aşağı düşməsi huşunu itirmək riskini əhəmiyyətli dərəcədə artırır. Bu, duşda xüsusilə təhlükəlidir, yıxılsanız, ciddi xəsarətlər ala bilərsiniz", - araşdırmada vurğulanıb.

İsti duş əvvəlcə rahatlıq hissi gətirsə də, nəticədə bədən istiliyinin artması bədənin yuxu üçün lazım olan təbii soyutma prosesinə də mane ola bilir.

"Soyuqluq" orqanizmə yatmaq vaxtının gəldiyini bildirir. Lakin yatmazdan əvvəl isti duş qəbulu bu prosesi gecikdirə və yuxuya getməyi çətinləşdirə bilər.

Buxar həmçinin astmanı ağırlaşdırır və kiflənmiş plitələrdən mikrobların tənəffüs sisteminə ötürülməsinə münbit şərait yaradır.

Hesabatda dəri yanıqları riski də vurğulanıb. Həmçinin xəbərdarlıq edilib ki, duş başlıqları müntəzəm təmizlənmədikdə zərərli bakteriya və göbələklər çoxalır. Mütəxəssislər alternativ olaraq ilıq duş qəbul etməyi məsləhət görürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm