Sağlamlıq
Sağlam qalmaq üçün necə qidalanaq? - Həkimdən MƏSLƏHƏT
“İnsanın qida rasionunda beş əsas qida qrupu olmalıdır. Sağlam qalmaq üçün bütün qruplar arasında tarazlığı qorumaq lazımdır”.
Publika.az xəbər verir ki, bunu rusiyalı endokrinoloq-diyetoloq Darya Abaxina bildirib.
Onun fikrincə, birinci qrup C və A vitaminləri, fol turşusu, kalium və qida lifləri ilə zəngin olan tərəvəz və meyvələrdir. Tərəvəz və meyvələrdən gündə ən azı beş porsiya müxtəlif formalarda - təzə, dondurulmuş, qurudulmuş, qaynadılmış və ya pörtlədilmiş şəkildə istehlak etmək tövsiyə olunur. Bununla belə, konservləşdirilmiş və qurudulmuş qidalarda əlavə edilmiş şəkər və duzlara diqqət yetirmək lazımdır.
İkinci qrup makaron, taxıl, çörək, kartof və batat kimi nişastalı qidalardır. Onlar karbohidratların əsas mənbəyidir və həmçinin tərkibində dəmir, kalsium və B vitaminləri var. Tam taxıllı un məhsulları, tam taxıllı dənli bitkilər və makaron məhsulları seçmək, kartofu qabığı ilə yemək daha məsləhətlidir.
Üçüncü qrup quş əti, balıq, qırmızı ət və yumurta kimi zülallı qidalarıdır. Tərkibində dəmir, sink və B vitaminləri olan soya, mərcimək və lobya kimi bitki mənşəli zülal mənbələri də faydalıdır.
Həkim dördüncü qrupa kalsium, zülal və D vitamininin mənbəyi olan süd məhsullarını daxil edib. Darya Abaxina süd məhsulları üçün az yağlı variantları seçməyi məsləhət görüb.
Beşinci qrup piylər və yağlardır. Yağlar bədən üçün vacibdir, lakin doymuş yağların miqdarına nəzarət etmək və trans yağlardan istifadə etməmək vacibdir. Zeytun və ya kokos yağı kimi bitki yağlarına üstünlük vermək məsləhətdir.
-
İqtisadi gündəm05:45Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?







































