57 yaşı olduğuna heç kim inanmır - İllərə meydan oxuyan kişi sirrini açdı
Bizi izləyin

Sağlamlıq

57 yaşı olduğuna heç kim inanmır - İllərə meydan oxuyan kişi sirrini açdı

Braziliyada yaşayan Edson Brandao 26 fevral 1967-ci ildə anadan olub. 57 yaşı olsa da, onun gənc görünüşü çox zaman insanları təəccübləndirir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Edsonu görənlər onun bu yaşda olduğuna inanmır. Edson özü isə iddia edir ki, bunun üçün heç bir əməliyyat keçirməyib. O, gənc qalmasını idman və dəriyə qulluq rutini, sağlam pəhrizə riayət etməsi və müsbət düşüncə tərzi ilə əlaqələndirib. O, bu barədə öz tövsiyələrini əsirgəməyib. Yazıçı, influenser, və rəqəmsal marketinq biznesinin sahibi Edson özünü həm də çox enerjili hiss etdiyini vurğulayıb: "Özümü ümumiyyətlə yaşlı hiss etmirəm. Bunu izah edə bilmirəm, amma özümü 30 yaşında hiss edirəm".

"The Sun"a danışan Edson həyatının böyük bir hissəsində fitnes və sağlam qidalanma ilə maraqlansa da, çoxlu eniş-yoxuşları olduğunu söyləyib. Ancaq 40 yaşı tamam olanda sağlamlığının dəyərini və ona ciddi yanaşmalı olduğunu dərk etməyə başlayıb. Hər şey elə bundan sonra dəyişib. Sosial media vasitəsilə öyrəndiyi məşq, qidalanma və psixi sağlamlıq rutinlərindən ilhamlanaraq, o, həyat tərzində köklü dəyişikliklər edib.

Beləliklə, Edson 17 ildir ki, eyni rejimlə yaşayır və bütün bunların onun zahiri görünüşünə təsir etdiyini deyir. Yazar hər gün idman zalına gedir, orada ağırlıq qaldırır və 40 dəqiqə kardio məşq edir. O, həmçinin bol meyvə-tərəvəz yeyir və su çox içir. Edson qocalma əleyhinə kremlərdən istifadə etməklə yanaşı, həftədə bir dəfə üzünə gil maskası da çəkir.

"Mən bunları hər gün müntəzəm olaraq edirəm. Yaşınızdan asılı olmayaraq, hər şey mümkündür. Həyatınızı hər zaman yaxşılığa doğru dəyişə bilərsiniz. Mən onlara yaşımı deyəndə insanların çoxu şoka düşür, onlar mənə heç vaxt inanmırlar. İnsanlar mənə 23, 25 və 30 yaşında göründüyümü deyirlər, amma mənim 57 yaşım var!", - o, əlavə edib.

Edson bildirib ki, Norveçin paytaxtı Osloya səfəri zamanı şəxsiyyət vəsiqəsi olmadığı üçün gecə klubundan uzaqlaşdırılıb. O, hava limanında pasport nəzarətindən keçəndə də oxşar problemlərlə qarşılaşdığını vurğulayıb. İnstaqram səhifəsində gənc qalmağın yollarını paylaşan influenser ünvanına zaman-zaman kəskin sözlər yazıldığını da etiraf edib:

"Məndən plastik əməliyyat, botoks və ya filtr olub-olmadığını soruşurlar, amma heç vaxt əməliyyat etdirməmişəm. Gənc görünməyin təbii yollarını tapmaq istəyirəm. Bəziləri deyir ki, qocalmaqdan qorxuram, amma qorxmuram. Bu, qaça bilməyəcəyimiz təbii bir prosesdir, lakin mən gənc qalmaq üçün əlimdən gələni edəcəyəm. Mən insanlara yaşınızdan asılı olmayaraq hər şeyin mümkün olduğuna dair ruhlandırıcı məzmunlar yaradıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm