Sağlamlıq
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
Mövsümi dəyişikliklər ürək sağlamlığına təsir edən mühüm amillərdən biridir. Mütəxəssislər xüsusilə yaz aylarında infarkt, ürək çatışmazlığı və insult risklərinin artdığına diqqət çəkirlər.
Publika.az xəbər verir ki, kardioloq, Dos. Dr. Erdem Karaçöp qışdan yaza keçərkən baş verən bütün dəyişikliklərin ürəyimizə də təsir etdiyini söyləyib.
“Atmosferdəki temperatur, təzyiq dəyişiklikləri və günəşin təsiri ilə ürək xəstəlikləri, allergiya və dəri xəstəliklərinə daha çox rast gəlinir. Ani hava dəyişikliyi fiziki və mənəvi dəyişikliklərə səbəb olur. Bütün bu dəyişikliklərdən təsirlənən orqanizmdə infarkt riski də artır. Yaz aylarında yuxarı tənəffüs yolları infeksiyalarının artması ürək çatışmazlığının pisləşməsinə səbəb ola bilər. Havalar istiləşdikcə tərləmə kimi səbəblərdən bədəndə maye itkisi səbəbiylə qan laxtalanmaya meyilli olur. Bu isə infarkt, ürək çatışmazlığı və insult risklərini artırır”, - deyə həkim qeyd edib.
O, yaz aylarını rahat keçirmək üçün tövsiyələrini isə belə sıralayıb:
“Sağlam qidalanmaya diqqət edin. Kifayət qədər su içdiyinizdən əmin olun. Vitamin və mineral dəyərlərinizi normada saxlayın. Vaxtı-vaxtında həkim müayinəsindən keçin. Aktiv olun, hər gün fiziki fəaliyyətlərlə məşğul olun. Mövsüm keçidi ilə bağlı infeksiyalara qarşı tədbirlər görün. Bahar allergiyası olanlar daha diqqətli olsunlar”. (Medicina.az)
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)

























