Sağlamlıq
Tromboz zamanı bu əlamətlər yaranır - Həkimdən təcili xəbərdarlıq
Tromboz müxtəlif əlamətlərlə özünü göstərə bilər.
Publika.az xəbər verir ki, həkim Radion Tarnovski təhlükəli vəziyyətin ən xarakterik simptomlarını açıqlayıb.
Onun sözlərinə görə, dərin venaların trombozu zamanı ətraflardan birində birtərəfli şişkinlik, ağrı və ya dartılma hissi, dərinin temperaturunun və ya rənginin dəyişməsi müşahidə oluna bilər.
Ağciyər arteriyasının tromboemboliyası zamanı isə qəfil nəfəs darlığı, sinə ağrısı, ürəkdöyünmənin sürətlənməsi, güclü halsızlıq və bəzi hallarda huşun itirilməsi baş verə bilər. Həkim belə simptomlar yarandıqda təcili tibbi yardım üçün müraciət etməyə çağırıb.
Mütəxəssis həmçinin qanın “qatılığını” baş ağrısı, yorğunluq və ya analiz zamanı qanın rəngi kimi gündəlik müşahidələrlə müəyyən etməyin diaqnostik əhəmiyyət daşımadığını bildirib. Tromboz riski olan şəxslərdə həkim risk faktorlarının məcmusunu qiymətləndirərək zərurət yarandıqda laborator və instrumental müayinələr təyin edə bilər.
Müəllif: Adəm
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































