Sağlamlıq
“Sevgi hormonu” qorxuya qalib gəlməyə kömək edir - Alimlərdən yeni kəşf
Yaponiyada aparılan yeni araşdırma sevgi və sosial bağlılıqla əlaqələndirilən oksitosin hormonunun qorxuya qalib gəlməkdə mühüm rol oynaya biləcəyini ortaya qoyub.
Publika.az xəbər verir ki, alimlər beynin paraventrikulyar talamus (PVT) bölgəsində oksitosin reseptoru daşıyan xüsusi neyron qrupunu araşdırıblar.
Siçanlar üzərində aparılan təcrübələr bu neyronların həm sosial davranış, həm də təhlükənin artıq keçdiyini öyrənmə prosesində iştirak etdiyini göstərib.
Tədqiqat zamanı həmin neyronların fəaliyyəti zəiflədildikdə siçanların sosial əlaqəyə marağı azalıb və əvvəllər qorxu yaratmış, lakin sonradan təhlükəsiz hala gəlmiş mühitdə qorxu reaksiyasını azaltmaqda çətinlik çəkiblər.
Alimlərin fikrincə, nəticələr oksitosinin beyində sadəcə “güvən hormonu” kimi fəaliyyət göstərmədiyini, təsirinin konkret sinir dövrələrindən asılı olduğunu göstərir.
Araşdırma oksitosinlə əlaqəli bu neyron şəbəkəsinin sosial davranış və qorxu mexanizmlərinin öyrənilməsi baxımından yeni istiqamət aça biləcəyini göstərir.
Araşdırma “Brain” jurnalında dərc olunub.
Müəllif: Roza
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































