Səhiyyə
Toydan əvvəl həkimə gedən cütlük aldıqları cavabla ŞOK OLDU VƏ... - Azərbaycanda
"May ayı ərzində nikahdan əvvəl icbari müayinədən keçənlərin 428-də talassemiya daşıyıcılığı, 23 nəfərdə siflis, 14 nəfərdə QİÇS aşkarlanıb".
Bu barədə Publika.az-a Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə 15651 nəfər müayinədən keçib: “May ayı ərzində dörd cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb”.
Direktorun sözlərinə görə, 2015-ci ildə nikahdan əvvəl icbari tibbi müayinələr başlanandan bu vaxta qədər 418 757 nəfər müayinə edilib:
“Onların 15692-də talassemiya daşıyıcılığı, 1408-də siflis, 345-də QİÇS aşkarlanıb. Ümumilikdə 153 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Onlardan 7-8 nəfəri nikahdan imtina edib. Digərləri isə ailə qurub. Həmin cütlüklərlə mütəmadi əlaqə saxlanılır. Onlara hamiləlik dövründə təkrar müayinəyə cəlb edilmələri tövsiyə olunub. Bu vaxta qədər 112 hamilə qadın müraciət edib. Onların 69-da hamiləliyin 12-18-ci həftələrində prenatal müayinə aparılıb. Müayinə nəticəsində uşaqların 16-nın xəstə, 41-i daşıyıcı, 12-si isə tam sağlam olub. Xəstəlik aşkarlanan hamiləliklər ailənin razılığı ilə tibbi abort yolu ilə sonlandırılıb. Əslində 3 ildir tətbiq edilən nikahdan əvvəl icbari tibbi müayinələrin məqsədi də əhalini maarifləndirmək və xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır”.
Gülxar
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi














.jpg)




.webp)









.jpg)
.jpg)





