Səhiyyə
Rezident olmaq istəyənlərin nəzərinə - Aprelin 7-də...
Dövlət İmtahan Mərkəzi aprelin 7-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.
DİM-dən Publika.az-a bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda–saat 11.00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 14‑dən 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 930 namizəd ərizə təqdim edib. Onlardan 798 nəfər Azərbaycan, 132 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 358 nəfəri oğlan, 572 nəfəri isə qızdır. Namizədlərdən 319-u cari ilin, 611-i isə əvvəlki illərin məzunlarıdır, 13 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 86 nəzarətçi-müəllim cəlb olunacaq.
Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidir. Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
-
İdman01:11Millətlər Liqası: İspaniya İngiltərəni səfərdə məğlub etdi
-
Qoroskop00:20Günün ULDUZ FALI - Sevgi həyatınız mükafatlandırıcı olacaq
-
Kriminal26 Sentyabr 23:24Siqnala görə qonşuların mübahisəsi faciə ilə bitdi
-
Kriminal26 Sentyabr 22:12Naxçıvan sakini arvadını və baldızını bıçaqladı
-
Magazin226 Sentyabr 21:48Məşhur aktrisa ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO
-
İdman26 Sentyabr 21:36Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
-
Sosial26 Sentyabr 20:48“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
ABŞ26 Sentyabr 20:12Kubaya qarşı hərbi əməliyyat başladılacaq? - ABŞ liderindən AÇIQLAMA














.jpg)





















.jpg)