Səhiyyə
Peyvənd olunacaq uşaqların valideynlərinə XƏBƏRDARLIQ - Aprelin 26-dək...
Aprelin 20-dən başlayan və 26-da başa çatdırılacaq "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvəndə cəlb ediləcək uşaqların valideynləri tibb müəssisələrinə növbə ilə dəvət edilməlidir.
Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
A.Əliyevanın sözlərinə görə, "İmmunlaşdırma həftəsi" çərçivəsində peyvənddən kənarda qalan uşaqlar peyvəndlənməyə cəlb ediləcəklər: “Bunun üçün uşaqlar tibb müəssisəsinə gətirilməlidir. Valideynlər SMS-lə icazə alaraq, tibb müəssisəsinə gəlməlidirlər. Tibb müəssisələri də peyvənd otaqlarında tələb olunan şəraiti yaradaraq valideynləri telefonla dəvət etməlidir”.
A.Əliyeva qeyd edib ki, tibb müəssisələrinin məsul işçiləri valideynlərlə telefonla əlaqə saxlayaraq uşaqlarda hərarət və digər xəstəlik əlamətlərinin olub-olmadığını öyrənməlidirlər. Belə uşaqlar olarsa, onların tibb müəssisəsinə dəvət edilməsinə ehtiyac yoxdur.
Direktor müavini peyvəndə tam sağlam uşaqların cəlb edilməsini də vacib sayıb: “Tibb müəssisəsinə dəvət edilən uşağın ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmalı deyil. Əgər uşaq sağlamdırsa, ailə üzvləri koronavirusa yoluxan şəxslə ünsiyyətdə olmayıblarsa, onda uşağı peyvənd etdirmək üçün tibb müəssisəsinə gətirmək olar”.
Mərkəz rəsmisi əlavə edib ki, sıxlıq yaranmasın deyə, valideynlər tibb müəssisələrinə növbə ilə dəvət edilməlidirlər: “Eyni saata düşən valideynlərin sayı 10 nəfərdən çox olmamalıdır. Peyvəndə gələn valideynlər də bir nəfər uşaqla gəlməlidirlər ki, insanların təması azalsın”. (trend)
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…


































.jpg)
.jpg)

