Səhiyyə
Azərbaycanda məktəblər nə vaxt açılacaq? - Komitə sədrindən AÇIQLAMA
Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın son brifinqində deyib ki, yoluxma hallarının dinamikası vətəndaşlar arasında təmasdan asılıdır. Onun sözlərinə görə, dövlət karantin tətbiq etməklə bu təmasları azaldıb, yoluxmaların sınmasına nail olur: “Yoluxmaların azalması bizdən asılıdır. Biz 5 avqustdan sonra yumşalmalara getməyi düşünürük. Əminik ki, vətəndaşlar vəziyyəti tam anlayır", - deyə o bildirib.
Bəs pandemiya dövründə hansı sahələrin fəaliyyətinin bərpası riskli hesab olunur?
Mövzu ilə bağlı Publika.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, yumşalmalar mütləq olmalıdır, acaq hansı ardıcıllıqla olması ilə bağlı isə səsləndirilən subyektiv fikirlər özünü doğrultmaya bilər: “Operativ Qərargahın bütün məlumatlarına əməl etməliyik. Çünki bu qurum bütün ölkə üzrə situasiyanı nəzarətdə saxlayır, informasiyaları əldə edir, dünya təcrübəsini də nəzərə alaraq qiymətləndirmə aparır. Şübhəsiz ki, avqustun 5-dən sonra sərt karantin rejimi götürüləcək. Çünki artıq gündəlik yoluxmaların azalmasını və sağalanlarının sayının artdığını müşahidə edirik”.
Komitə sədri həmçinin, istənilən halda yaxın bir ili koronavirusla birgə yaşayacağımızı göz önünə almalı olduğumuzu deyib: “Karantin rejiminin yumşalıb-yumşalmamasından asılı olmayaraq insanlar özlərini qorumalıdırlar. Xüsusilə, qapalı məkanlarda maska taxmaq məcburidir. İnsanların bir yerdə toplaşması ilə baş tutan tədbirlərə məhdudiyyət qoyulmalıdır. Yəqin ki, yas və toy mərasimlərinə ayın 5-dən sonra müəyyən tənzimləmərlə icazə verilə bilər. Amma burada saat və say məhdudiyyəti olmalı, sosial məsafə qorunmalıdır”.
M.Quliyev qeyd edib ki, məktəblərin açılması məsələsi avqustun ikinci yarısında müəyyənləşəcək: “Məktəblər ənənəvi qaydada dərslərə başlamaları təbii ki, önəmlidir. Amma tələbələrin sağlamlığı hər şeydən önəmlidir. Digər məsələləri tənzimləmək olar, ancaq insanların daha çox bir yerdə toplaşdığı yerləri saxlamaq lazımdır. Məsələn, masaj salonları, saunalar kimi kütləvi şəkildə insanların bir-birləri ilə təmasda olduğu yerləri bir müddət qapalı saxlamaq lazımdır. Ancaq açıq havada fəaliyyət göstərən ictimai iaşə obyektləri fəaliyyətə başlaya bilər. Digər yerləri, bəzi böyük mağazaları xüsusi tənzimləmə qaydaları ilə - saatı azaltmaqla, insan sayını içəridə tənzimləməklə azaltmaq olar. Bu bizim subyektiv fikrimizdir. Son qərarı Operativ Qərargah verəcək və biz də buna əməl edəcəyik”.
Akqabay Mıradov
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































