Səhiyyə
“Xəstəliyi simptomsuz keçirənlər maska taxmırsa...” - ATU-nun dosenti
“Ümumdünya Səhiyyə Təşkilatının 7-14 avqustu maska taxılması həftəsi elan etməsi təqdirəlayiqdir. Bu təşəbbüsdən öncə də maskanın taxılması vacib idi, düşünürəm ki, bundan sonra daha da vacib olacaq”.
Bu fikirləri Publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, yoluxucu xəstəliklər üzə mütəxəssis Elza Orucova deyib.
O bildirib ki, insanlar bu xəstəliyi 85-90 faiz halda yüngül, simptomsuz keçirir: “Buna görə də xəstələr ayaq üstə olurlar və sərbəst gəzirlər. Bəzi xəstələr isə digər insanlara xəstə olduqlarını ümumiyyətlə demirlər. Ona görə də xəstələrin maska taxmadığı təqdirdə sağlamların taxması çox vacibdir və onlar qorunmalıdırlar. İsti havalarda maska taxmaq çox çətindir, ancaq qapalı məkanlarda hər kəsin istifadə etməsi vacibdir”.
E.Orucova qeyd edib ki, COVID-19 kəskin respirator virus infeksiyasıdır və bu tip xəstəliklərdə maska taxmağın tibbi faydası çoxdur: “İnsanlar açıq havada maska taxmaya bilərlər. Bəzən əksər şəxslər maskanı çənə altına taxırlar və bu, açıq havada qəbulolunandır. Küçədə insanlar çox olmadıqda maskasız gəzmək olar. Əgər insanlar çoxdura və kütləvilik varsa, maska taxmaq mütləqdir”.
Qeyd edək ki, ÜST 7-14 avqustu maska taxılması həftəsi elan edib. Qurumun məlumatına görə, insanlar maska taxmaqla yalnız özlərini deyil, ətrafdakıları da qoruyurlar.
Akqabay Mıradov
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)



















.jpg)

.jpg)
