Səhiyyə
Tanınmış həkim peyvənddən qorxmamağa ÇAĞIRDI
"Vaksin - zəiflədilmiş, öldürülmüş virus və ya onun zülallarının və genomunun-genlər cəminin bir və ya bir çox hissəsidir. Bu, orqanizmə yeridildiyi zaman xəstəlik yaranmır, lakin virusa qarşı antitellər-immunitet (spesifik immunoqlobulin G) yaranır.
Publika.az xəbər verir ki, bunu tanınmış həkim radioloq, Azərbaycan Həkimləri Birliyinin sədr müavini Aydın Əliyev bildirib.
O, insanları koronavirusa (COVİD-19) qarşı peyvənddən qorxmamağa çağırıb:
"Vaksin-peyvənd orqanizmə yeridiləndən təqribən 2-3 həftə ərzində bu antitellər yaranır. Antitellərin orqanizmdə kifayət qədər yaranması yəni, xəstəlikdən tam qorunma üçün 2-4 həftə sonra təkrar vaksinasiya lazımdır. Bunlardan 2-3 həftə sonra xəstə şəxsdən bizim orqanizmimizə aktiv virus keçsə belə, yəni yoluxduğumuz halda artıq bədənimizdə yaranmış o antitellər daxil olan aktiv virusları öldürə bilir - inaktivləşdirib məhv edir. Ona görə də vaksinləşmə-peyvəndlənmə çox vacib və önəmlidir. Pandemiyadan qurtuluşun yeganə yoludur. Heç bir qorxusu, təhlükəsi yoxdur! Qorxmayın! Bu elmin məhsuludur! Qüvvət elmdədir! Bu prosesi bilməyən insanlar hansısa çiplənmədən danışırlar. Bu absurddur".
"Lakin önəmli məqamlardan biri budur ki, hər iki vaksinasiyadan təqribən 2-3 həftə keçənə qədər yenə də yaxşıca qorunmalıyıq ki, antitellər yaranana qədər orqanizmimizə aktiv viruslar daxil olub işi çətinləşdirməsin. Yəni iki mərhələli vaksinasiyadan təqribən 2 həftə keçənə qədər qorunsaq qurtulmuş sayılırıq", - deyə həkim-radioloq bildirib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)



















.jpg)

.jpg)
