Səhiyyə
Bu ölkələrə pulsuz "Pfizer" peyvəndi veriləcək - 40 MİLYON DOZA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın yoxsul və orta gəlirli ölkələrində koronavirusa qarşı vaksinasiya kampaniyasına start vermək üçün “Pfizer“ şirkəti ilə 40 milyon doza peyvəndin alınması barədə razılaşma əldə edildiyini açıqlayıb.
Beynəlxalq təşkilat vaksinasiya kampaniyasına dünyanın yoxsul ölkələrini peyvənd dozaları ilə təmin etməyi hədəfləyən COVAX təşəbbüsü çərçivəsində fevral ayında başlayacaq.
Təşkilat koronavirus əleyhinə peyvəndin tətbiqində zəngin və yoxsul ölkələr arasında uçurumun yaranmasını yenidən sərt tənqid edib. Dünyanın 49 zəngin ölkəsində indiyədək 39 milyon peyvənd dozası tətbiq edildiyi halda, yoxsul ölkələrdə vurulan peyvəndlərin sayı cəmi 25 dozaya bərabərdir.
ÜST-ün rəhbəri Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, “Pfizer”lə bağlanmış müqavilə səhiyyə işçilərinin vaksinasiyası üçün istifadə ediləcək.
“Pfizer” şirkətinin rəhbəri Albert Bourla isə açıqlamasında 40 milyon peyvənd dozasının qeyri-mənfəət bazası əsasında satılacağını elan edib. O, bu razılaşmanı ilkin addım kimi dəyərləndirib və gələcəkdə COVAX proqramı vasitəsilə daha çox dozasının satıla biləcəyini qeyd edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
