Səhiyyə
Jurnalistlərə hansı vaksin vurulacaq? - AÇIQLANDI
Azərbaycanda media işçilərinin vaksinasiyası Azərbaycan Mətbuat Şurasının binasında baş tutacaq.
Publika.az xəbər verir ki, bu barədə Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
O qeyd edib ki, jurnalistlərə Çinin "Sinovac Biotech" şirkətinin istehsal etdiyi "CoronaVAC" vaksini vurulacaq:
“Artıq iki gündür Azərbaycan Mətbuat Şurasına redaksiyalardan siyahılar daxil olur. Hazırda 150-dən çox müraciət daxil olub və qeydiyyata alınma prosesi davam etməkdədir. Qeydiyyata alınmada jurnalsitlərin adı, soyadı və mobil nömrəsi lazımdır. Media işçiləri vaksinasiyasına gəldikdə isə üzərlərində mütləq şəxsiyyət vəsiqələri olmalıdır”.
Ə.Amaşov bildirib ki, vaksinasiya prosesi mərhələli şəkildə davam edəcək:
“Təqribən gün ərzində 50 və daha çox şəxs vaksinasiya olunacaq”.
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər




































.jpg)

