Səhiyyə
Virusa yoluxub qeydiyyata düşməyənlər COVID pasportunu necə alacaq? - AÇIQLAMA
"Təəssüflər olsun ki, vaksin vurulanların içində anti-kor testi kifayət qədər olmayan şəxslər var. Bu prosesdə xeyli müəmmalar var".
Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, əslində bunun adı COVID pasportu yox, immunizasiya pasportudur: "Yəni immun sistemi yaranması haqqında bir pasportdur. Digər tərəfdən, vaksin vurduranlara da pasport verilir. Biz Azərbaycan Həkimləri İctimai Birliyi olaraq təkliflər hazırlayırıq. Təkliflər ondan ibarətdir ki, anti-kor testinin qiyməti aşağı olsun. Bu, əhali üçün əlçatan olmalıdır. İnsanlar bu testi rahat şəkildə verməklə özlərini yoxlaya bilsinlər. Çox adam xəstəliyi ayaq üstə keçirib, evdə müalicə olunub və ya xəstəxanada sağalaraq çıxıb. Bu şəxslərin bəzilərində immunitet yaransa da, digərlərində yaranmayıb. Həmin şəxslər müəyyən edilməlidir. Daha sonra insanlara COVID pasportu verilə bilər.
Elə şəxslər var ki, koronavirus xəstəliyini klinik formada tam keçirib, immunitet formalaşıb. Digər qrup şəxslər də var ki, vaksin vurdursa da, onda immunitet formalaşmayıb. Həmin şəxslərin yoluxma şansları da qalır. Ona görə immunizasiya pasportundan söhbət gedirsə, bu sənəd anti-kor analizinin nəticəsi əsasında təqdim oluna bilər.
Nəzərə almaq lazımdır ki, bu məsələ əhali üçün kəskin diskriminasiya elementinə çevrilməməlidir. Vaksin olunan və ya olunmayanlara hüquqların tanınması məsələsinə diqqət etmək lazımdır. Məsələ bu şəkildə qoyula bilməz.
Hesab edirəm ki, hansısa problemlər olmazsa, Hindistanda olduğu kimi ikili mutasiyalara rast gəlinməzsə, yeni dalğalar yaranmazsa, proses sönməyə doğru gedəcək. Xaricə getmək üçün də anti-kor və COVID testi vermək kifayət edir ki, insanlar xarici ölkələrə rahat şəkildə gedə bilsinlər". (baku.vs)
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi














.jpg)



















.jpg)

.jpg)
