Səhiyyə
Azərbaycanda dördüncü dalğanın şiddəti... - Həkim
Qonşu ölkələrdə delta ştammının yayılması sürətlənməyə başlayıb. Hətta Rusiyada üçüncü dalğa aşağıya doğru gedərkən yenidən vüsət almağa başladı. Azərbaycanın Rusiya, Gürcüstan və Türkiyə ilə sərhədləri açıqdır. Nə qədər virusla bağlı yoxlama testi aparılsa belə, delta ştammı Azərbaycana gələ bilər.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim Vasif İsmayıl Musavat TV-də canlı yayım zamanı delta ştammının ölkəmizdə yayılması ilə bağlı fikrə münasibət bildirərkən deyib:
“Böyük ehtimalla Azərbaycana delta ştammı artıq gəlib, ya da yaxın vaxtlarda yayılacaq. Rusiya yalnız “Sputnik V” ilə əhalisini peyvənd edir. Əhalidə peyvəndlənməyə qarşı ciddi etiraz var. Gürcüstanda isə Avropadan gələn “Pfizer” peyvəndi tətbiq olunur. Burada əhalinin az qismi peyvənd olunub. Türkiyədə isə istifadə olunan peyvənd şirkətlərinin sayı daha çoxdur. Buna baxmayaraq əhalinin böyük hissəsi hələ də peyvənd olunmayıb. “Sputnik V”nin delta ştammını artıq qorumadığını söyləmək olar. Çünki tam peyvəndlənmiş insanlarda da delta ştammı artıq ölüm hallarına gətirib çıxara bilir”.
Uroloq bildirib ki, delta ştammı 2-3 dəfə yoluxma riskini artırır. Bu da epidemiyanın sürətlənməsini asanlaşdırır:
“Azərbaycanda əhalinin çox hissəsi “Sinovak”la peyvəndlənib. Hətta üçüncü dozanı vurmaq üçün yaxınlaşanlar var. Əgər Türkiyə və Gürcüstanda bu hal çox vüsət almasa və peyvənd olunmuş şəxslərdə bu ştammın ciddi yoluxma riski yaratmadığı müşahidə olunarsa, Azərbaycanda dördüncü dalğanın şiddəti haqda qorxmağa dəyməz. Delta ştammından qorunmaq üçün ölkəmizdə peyvəndlənmə sürətləndirilməlidir”.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


