Səhiyyə
"Delta" ştammı Azərbaycanda epidemioloji vəziyyəti dəyişəcək? - Həkim AÇIQLADI
"Delta" ştammının Azərbaycanda epidemioloji vəziyyəti dəyişəcəyini və ona təsir edəcəyini düşünmürəm. Hər gün çıxıb efirdə "delta" ştammından danışırlar, bu qədər şişirdilməsinin əleyhinəyəm. Virusun ştammları həmişə olub. Bu gün "delta" ştammının ən çox yayıldığı ölkələrdən biri qonşu Rusiyadır. 31 nəfərin bu ştamma necə yoluxmasını açıqlamasalar da, böyük ehtimal ki, Rusiyadan gələn vətəndaşlardır. Müəyyən qabaqlayıcı tədbirlər görüb bunun qarşısını almaq olardı. "Delta" ştammı bu qədər qorxuludursa, niyə biz qabaqlayıcı və izolyasiya tədbirləri görüb qarşısını almırıq?
Bu sözləri Publika.az-a açıqlamasında tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib. Həkim bildirib ki, "delta" ştammından qorxmamalıyıq:
.jpg)
"Virusun təkamül prosesi davam edir, bu, Azərbaycanda epidemioloji vəziyyəti dəyişməyəcək. İnsanları bir az da vahiməyə salırlar. Əgər vəziyyət dəyişirsə, burada hansısa başqa bir motiv ola bilər. Artıq kifayət qədər kollektiv immunitet qazanılıb. TƏBİB-in rəsmi məlumatlarına əsasən, 4 milyona yaxın insan vaksin əldə edib, təxminən 400 minə yaxın insan infeksiyaya yoluxub, qeyri-rəsmi məlumat bundan ən azı 2-3 dəfə çoxdur. Bu da o deməkdir ki, əhalinin təxminən 5 milyonu və ya 60 faizə yaxını ştammın növündən asılı olmayaraq istənilən mutasiyaya immun cavab verə biləcək vəziyyətdədir. Odur ki, narahat olmaq üçün ciddi əsasımız yoxdur".
Professor qeyd edib ki, koronavirusu keçirmiş və vaksin vurduran insanlar üçün "delta" ştammı təhlükəli deyil:
"İstənilən variantın qorxusu olmayacaq. Effektli vaksin olunubsa, ağırlaşma faktiki olaraq aradan qalxır. Vaksinasiya cəmiyyətimizdə əsas problemi həll edəcək. İngiltərədə də koronavirusun sürətlə yayılan ştammı meydana çıxmışdı, amma epidemioloji vəziyyət dəyişmədi. Bu, vaksinasiya hesabına baş verdi. Mümkün qədər vaksinasiya işlərini sürətləndirməliyik və bunu məcburi etməliyik".
Həkimin sözlərinə görə, "delta" ştammının COVID-19-dan əsas fərqi daha çox yeniyetmə və uşaq orqanizminə yol tapmasıdır:
"Ştammlar əsasən uşaqları özünə hədəf seçir. Onlarda pnevmoniya deyil, daha çox orta qulağın iltihabı, sinir simptomları, meningit və s. bu kimi vəziyyətlərə rast gəlinə bilər. Diareya, ürəkbulanma, qusma kimi ağciyərdən kənar qastroinfeksion əlamətlər, həmçinin yüksək hərarət və digər nevroloji simptomlar özünü göstərir. Bu, ölüm göstəricilərinə təsir etməyəcək. COVID-19-da ölümə gətirib çıxaran bir nömrəli səbəb ağciyərlərdə tənəffüs çatışmazlığıdır. Ağciyərlərin kəskin iltihablanması "delta" ştammında az rast gəlinən vəziyyətdir".
Ə.Sadıqov bildirib ki, karantin qaydalarının yenidən sərtləşdirilməsi də gözlənilir:
"Bu gün infeksiyaya yoluxanlar Azərbaycana gələn insanlardır, yerli relyefdən deyil. Rusiyadan hər gün minlərlə axın var, orada isə epidemioloji vəziyyət bu gün kritikdir, bizim üçün infeksiya mənbəyidir. Qabaqlayıcı tədbir görmək lazımdır ki, infeksion axının qarşısını ala bilək. Ölkəmizdə epidemioloji vəziyyəti yalnız vətəndaşlarımızın Rusiyadan gediş-gəlişi dəyişir. Qabaqlayıcı tədbirlər infeksion problemin müəyyən qədər aradan qaldırılmasına yardımçı ola bilər".
Aytən Məftun
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






























.jpg)






.jpg)


