Səhiyyə
Təbabətdə son yüzilin ən böyük uğuru... - Nazir müavini
Bir çox xəstəliklər uşaqlıq dövründə aşkarlanır. Onları vaxtında müalicə etməklə uşaqlar arasında əlilliyin yaranması, eləcə də ölüm hallarının qarşısının alınmasına çalışırıq.
Publika.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rahim Əliyev V Ümumrespublika Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, son 10 ildə 700-ə qədər səhiyyə ocağı yenilənib: "Onların böyük qismində uşaqların müalicəsinə yardımlar göstərilir. Son yüz illiyin ən böyük uğurlarından biri vaksinasiya prosesi və ana-uşaq ölümlərinin sayının azalmasıdır. Uşaq vaxtı vurulan peyvəndlər sayəsində qızılca, vərəm, difteriya və sair xəstəliklərdən qorunmaq mümkün olub.
2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırması zamanı insanların peyvəndə etibarsız yanaşdığı ortaya çıxdı. Lakin maarifləndirmə tədbirləri sayəsində peyvəndlərə etibar yarandı. Ölkədə icbari tibbi sığorta hesabına uşaqlara xüsusi diqqət ayrılır. Təbabətin dəlil və sübutlara əsaslanan nəticələri peyvəndlərin infeksion xəstəliklərdən qoruduğu sübut edilib”.
Rahim Əliyev əlavə edib ki, 2 il əvvəl Operativ Qərargahın qadağalarına ciddi riayət edilmirdisə, bu gün açıq havada tibbi maska taxılması məcburi olmadığı halda maska taxırlar: "Bu da sağlamlıq mədəniyyətinə əvvəlkindən daha çox diqqət edildiyini göstərir”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































