Sosial
Azərbaycanda siqaret bahalaşa bilər
Dünya Bankı siqaretə vergi artırılmasının tətbiqinin tərəfdarıdır.
Publika.az xəbər verir ki, bu fikirlər Dünya Bankının nümayəndələri – insan resurslarının inkişafı departamentinin mütəxəssisi İrina Quban (Moldova) və səhiyyə iqtisadiyyatı üzrə ekspert Olena Doroşenkonun (Ukrayna) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) müzakirələri zamanı səsləndirilib.
İSİM-in əməkdaşları ilə görüş keçirən xarici ekspertlər öz ölkələrində tütün məmulatlarına qoyulan vergilər barədə geniş təqdimatla çıxış ediblər, tütünlə mübarizə istiqamətində aparılan islahatlardan söz açıblar.
Bildirilib ki, Dünya Bankı siqaretə vergi artırılmasının tətbiqinin tərəfdarıdır. Dünya təcrübəsinə görə siqaretə vergi tətbiqi tütün istehlakının azalmasına xidmət edir. Tütün məmulatlarına qoyulan vergi sisteminə dəyişikliklər və bu sahədə səmərəli tədbirlərin həyata keçirilməsi nəticəsində öz ölkələrində tütünlə mübarizədə əldə olunan nailiyyətlər əlavə vəsaitlərin dövlət büdcəsinə regenerasiya olmasına imkan yaradır.
Verginin tətbiqi büdcə daxilolmalarının da artmasına səbəb olur. Bir sözlə, tütün məhsullarına verginin tətbiqi siqaretdən istifadəni azaldır. Ekspertlərin sözlərinə görə, bəzi ölkələrin təcrübəsi deməyə əsas verir ki, əgər vergi nəticəsində siqaretin qiyməti 10% artırsa, bu, istehlakın 4% azalmasına şərait yaradır.
İSİM-in direktoru C.Məmmədov qonaqlara “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində atılan addımlar və İSİM-in bu istiqamətdə geniş fəaliyyəti barədə ətraflı məlumat verib. Müəssisə rəhbəri qeyd edib ki, tütün qeyri-infeksion xəstəliklərin əsas risk faktorlarından biridir, ona görə də tütün məmulatlarına və bu zərərli vərdişə qarşı tədbirlərə “Azərbaycan Respublikasının qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”sında böyük əhəmiyyət verilir.
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa11 Oktyabr 15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq















.jpg)


.jpg)
















.jpg)

