Sosial
Azərbaycanda yeni yaradılacaq institutun fəaliyyət sahələri AÇIQLANDI
Prezidentin Fərmanı ilə yaradılacaq və publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət sahələri müəyyən edilir.
Qida Təhlükəsizliyi Agentliyindən Publika.az-a verilən məlumata görə, nizamnaməsi və strukturu hazırlanmaqda olan İnstitut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparacaq. Eyni zamanda elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində normativ-texniki aktların layihələrini hazırlayacaq, qida məhsullarına dair beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərəcək.
Dünya praktikasında: Avropa ölkələrində, Amerikada həm dövlət səviyyəsində, həm də müstəqil olaraq anoloji institutlar mövcuddur. Qida sahəsində xüsusilə elmi araşdırmaların aparılmasında bu institutların çox böyük əhəmiyyəti var. Beynəlxalq təcrübədən məlum olduğu kimi, belə institutların tədqiqatlarının mərkəzində, hər hansı qida məhsullarının insan orqanizminə təsiri üzrə çoxillik araşdırmalardan tutmuş, qablaşdırmalar, qida əlavələri, müxtəlif məhsulların inqrediyentlərinədək qida təhlükəsizliyinin bütün aspektlərinin öyrənilməsi durur, təcrübələr qoyulur, alınan nəticələr növbəti mərhələlərdə standart və tələblərin yaradılması üçün əsas və istinad rolu oynayır. Eləcə də təhlükəli qida məhsullarının insan orqanizmində yarada biləcəyi xəstəliklər, risklər öyrənilir, onların dərəcələri barədə məlumatlar verilir.
Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutu Qida Təhlükəsizliyi Agentliyininin tabeliyində fəaliyyət göstərəcək
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
