Sosial
Yağış İsmayıllıya ciddi ZİYAN VURDU - RƏSMİ (FOTO)
İsmayıllı rayonunda güclü yağış və sel suları 10 evi yararsız hala salıb
Bu barədə Publika.az-a İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev məlumat verib. Onun sözlərinə görə iyun ayının 1-də axşam saatlarında müşahidə edilən kəskin hava şəraiti və aramsız yağışlar rayonun elektrik xətlərinə və yollarına ciddi ziyan vurub:
“Təbiət hadisəsi xüsusilə rayonun Diyallı kəndinə ciddi ziyan vurub. Kəndin Mədəniyyət Evinin binasının birr hissəsi yararsız hala düşüb. Binada məskunlaşan bir məcburi köçkün ailəsi təxliyə edilib və müvəqqəti olaraq çadırla təmin edilib. Bununla bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə məlumat vermişik. Ailəyə dəyən maddi mənəvi ziyanın, ev əşyalarının təmin olunmasına köməklik göstərilir. Bundan başqa, kənd ərazisində 10-a yaxın evin dam örtüyü uçub. Evlər təhlükəli vəziyyətdədir. Hazırda həmin evlərin siyahısı hazırlanıb və dəymiş ziyanın ümumi məbləği müəyyənləşdirilir. Sığortası olan evlərin sənədləri sığorta şirkətinə təqdim olunacaq".
R.Ağayev aramsız yağışların rayon ərazisində 4 min hektardan çox taxıl sahəsinə ziyan vurduğunu bildirib:
“50 hektar taxıl, 2 hektar isə tütün sahəsi su altında qalaraq tamamilə yararsız hala düşüb. Elektrik təsərrüfatına, su xətlərinə və yollara dəyən ziyan aradan qaldırılıb. Hadisə nəticəsində xüsusilə Talıstan və Mücü kəndlərində su xətləri dağılıb, kəndlərə aparan yolları sel yuyub. Hazırda kənd sakinlərinə elektrik enerjisinin verilişi bərpa edilib. Kəndlərə gedən yollarda isə bərpa işləri aparılır”.
Könül Cəfərli
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

