Sosial
Yasamal sakinləri 4 gündür ki, suya həsrətdir
"Artıq dörd gündür ki, su üzünə həsrət qalmışıq. Hər gün su almaqdan yorulmuşuq. Buna maddi imkanımız da çatmır, amma nə edək məcburuq. Heç bir qurum da çıxıb demir ki, su nə zaman olacaq".
Bu fikirlər Publika.az-ın redaksiyasına göndərilən şikayət ərizəsində yer alıb.
Yeni Yasamal ərazisində yaşayan sakinlər şikayərtlərində susuzluqdan böyük əziyyət çəkdilərini, hətta əl-üzlərini yumağa su tapmadıqlarını bildiriblər: "Nə qədər su almalıyıq ki, onu həm təsərrüfatda istifadə edək, həm də yemək, çay ehtiyaclarımızı ödəmək üçün. Buna maddi gücümüz də yetmir".
Məsələ ilə bağlı “Azərsu” ASC-nin həm mətbuat xidməti, həm də qaynar xətti ilə əlaqə saxladıq. Qurum artıq təmirin bitdiyini və su probleminin aradan qaldırıldığını bildirdi. “Əgər sakinlər su ilə təmin olunmurlarsa, bu, Yeni Yasamaldakı binaların tikintisi ilə məşğul olan "Şərur" MTK ilə bağlıdır. Yəqin bu, onların su çənlərini orada yaşayan sakinlərin sayına uyğun nəzərə almamasının nəticəsidir”.
“Şərur” MTK-nın əməkdaşları isə yanlış su borularının çəkilməsində qarşı tırəfi suçladılar.
Xatırladaq ki, “Azərsu” ASC Publika.az-a məlumat verərək, Yasamal rayonu ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 18 oktyabr 2018-ci il tarixində gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacağını bildirmişdi.
Amma reallıq budur ki, "Azərsu"nun müvəqqəti üzrxahlığının və "Şərur" MTK-nın məsuliyyəti üzərindən atmasının cəzasını artıq 4 gündür ki, sakinlər çəkir.
Leyla Sarabi
-
Maraq dünyası14:54Gənc qadınla evlənən 87 yaşlı məşhurun oğlu oldu: Əvvəlki övladları ilə... - FOTO
-
Rəsmi xronika13:20Bu ailələrə 200 manat veriləcək - SƏRƏNCAM
-
MDB13:12Rusiya SSRİ-ni bərpa edir? - Kreml rəsmən açıqladı
-
İdman12:30Corcina Ronaldo ilə toyu və brilliant üzük haqqında danışdı: Ən kiçik hədiyyə budur - FOTOLAR
-
Sosial11:57Gültəkin Sadıqova azadlığa buraxıldı
-
Dünya11:22Rusiyadakı partlayışda general həlak oldu: Ukrayna kəşfiyyatının işidir? - FOTO
-
Sosial11:01Bakıda siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər kəskin yüksəldi
-
Köşə09:26Qurban Qurbanovun deyə bilmədiyi həqiqət






.jpg)
.jpg)










.jpg)








