Sosial
Prezidentin bu addımları onu göstərir ki... - Pərviz Heydərov
“Dövlət siyasətinin əsasında əhalinin sosial rifahının ildən-ilə yaxşılaşırılması durur. Dövlət büdcəmizdə ən çox xərclər əhalinin sosial ödənişlərinin həyata keçirilməsinə yönəlib”.
Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
Onun sözlərinə görə, ölkədə məcburi köçkünlərin sosial ehtiyacları dövlət və hökumət qarşısında duran əsas vəzifələrdəndir:
“Bu problemlərin həllində əsasən Dövlət Neft Fondunun vəsaitindən istifadə edilir. Cənab Prezidentin bu il ərzində açılışında iştirak etdiyi obyektlərin bir çoxu məhz məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edib. Yaxın illərdə də bu proses davam edəcək. Bu il həm də ünvanlı sosial yardım alanlara birədəfəlik 100 manat məbləğində müavinət verilməsi də sosial sahəyə olan diqqətin göstəricisidir”.
Ekspert dövlət büdcəsindən sosial sahəyə ayrılan xərclərin ildən-ilə artdığını bildirib:
“Son illərdə dövlət büdcəsində artım qeydə alındıqca, xərclərin sosial xidmətə aid olan hissəsi də artmaqda davam edib. Hətta 2015-2016-cı illərdə neftin qiymətinin dünya bazarında enməsi ilə əlaqədar olaraq dövlətin maliyyə vəziyyətində çətinliklər yaşandı. Lakin həmin illərdə də hökümət əsas diqqəti sosial ödənişlərdə problem yaranmamasına yönəltdi. Manatın iki dəfə devalvasiyasından sonra hökumətin ilk addımı büdcədən ödənişlərin artırılmasından ibarət oldu. Gələn ildən vergi siyasətində yeniliklər tətbiq ediləcək. Məqsəd əhalinin aldığı əmək haqqından gələcəyi üçün yığım etməsinə imkan yaratmaqdır. Bununla dövlət büdcəsi gəlirləri baxımdan itirir, lakin əvəzində əhalinin Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artır”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)




















.jpg)
.jpg)
