Sosial
Dünya Azərbaycanlılarının Həmrəylik Günü İordaniyada qeyd edildi
Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Səfirlikdən Publika.az-a bildiriblər ki, tədbirdə İordaniyadakı Azərbaycan diasporunun üzvləri, səfirliyin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciətinin mətni oxunub.
Daha sonra ölkəmizin İordaniyadakı səfiri Rasim Rzayev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb, bu bayramın Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib və əlamətdar günün dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rolunun olduğunu söyləyib. “Bu bayram Azərbaycan xalqının ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır”,- deyə diplomat vurğulayıb.
Səfir dünya azərbaycanlılarının həmrəylik ideyasının artıq təşəbbüsdən əməli işə çevrildiyini, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadığı ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırıb.
İordaniyada yaşayan azərbaycanlılar adından Zümrüd Dadaşova çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, bu gün sürətlə inkişaf edən ölkəmizdə dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsinə xüsusi əhəmiyyət verilir.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib. Tədbir çərçivəsində iştirakçılara ölkəmizin tarixini, mədəniyyətini və uğurlarını nümayiş etdirən əyani təbliğat materialları paylanılıb.
-
Cənubi Qafqaz20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə19:40Azərbaycanda zəlzələ oldu
-
Magazin119:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək












.jpg)





















.jpg)
.jpg)

.jpg)