Sosial
“AZZA”nın məhsulu hamını ŞOKA SALDI: müştərilər belə aldadılır - Ekspert AÇIQLADI
“AZZA” şirniyyat evindən alınmış tortun içərisindən sellofan torba çıxıb. Bu barədə Bakı şəhər sakini Bayram Qubaxanlı “Report” informasiya agentliyinə məlumat verib. Vətəndaş iddia edir ki, şirniyyat evinin Nəsimi filialından aldığı tortun içərisindən torba çıxıb. Əvvəlcə bu iddianı qəbul etməyən şirniyyat evi sonra araşdıracağına söz verib.
İstehlakçı artıq tortu mağazadan götürüb, lakin sellofan torbanın tortun içərisinə necə düşməsi ilə bağlı şirkətdən açıqlama verilməyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, adıçəkilən şirniyyat evində belə bir halın yaşanmış olmasını istisna etmir:
"AZZA" şəbəkəsi genişlənmiş şirniyyat evlərindəndir. Təəssüf ki, digər istehsalçılar kimi şirniyyat şəbəkələri də genişləndikcə, sui-istifadə halları da artmış olur. Buna görə də AZZA-dan alınan tortun içərisindən sellofan çıxmasını təsadüfi hesab etmirəm. Tortun içərisinə kənar cismin düşməsi sanitariya qaydalarına əməl edilmədiyini göstərir. Antisanitar şəraitdə istehsal edilən məhsulun içərisindən isə hər şey çıxa bilər. Qida Təhlükəsizliyi Agentliyi tarladan süfrəyə qədər bütün məhsulların yoxlanmasını həyata keçirməlidir. İstehlakçının hüququ pozularsa, bu barədə dövlət qurumunun “Qaynar xətti”nə məlumat verməlidir”.
E.Hüseynov bildirib ki, “AZZA” mağazalarında qanunvericiliyin pozulması halları ilə özü də qarşılaşıb:
“Bir müddət əvvəl bu şirniyyat evinin "Nizami" metrostansiyası yaxınlığındakı mağazasından tort alarkən satıcıdan istifadə müddətini soruşdum. Satıcı qaba şəkildə istifadə müddətinin 72 saat olduğunu dedi. Mən də bildirdim ki, tortların istifadə müddəti 36 saatdan artıq ola bilməz. Çətinliklə tortun üzərində isə istifadə müddəti 96 saat göstərilməsi ilə bağlı yazını tapa bildik. Deməli, “AZZA” bir çox şirniyyat istehsalçısı kimi istehlakçıların hüququnu pozur, satıcıları ilə istehlakçılarla kobud rəftar edir. Düşünürəm ki, istehlakçılar diqqətli olmalıdır, yararlılıq müddəti 36 saatı keçmiş şirniyyat məhsulu almamalıdırlar. Belə problemlərin təkrarlanmaması üçün alıcılar ayıq-sayıq olmalıdır. Xarici ölkələrdə belə vəziyyət aşkar olunanda müəssisə sanitar yoxlamaların aparılması üçün bağlanır. Hesab edirəm bizdə də belə sərt addımlar atıla bilər”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda artıq bu iddia ilə bağlı araşdırma aparılacağı bildirilib:
“Bu müraciət “Report” informasiya agentliyindən daxil olub. Mediadan daxil olan məlumat Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydə alınıb. Bununla bağlı araşdırmalara başlanılıb. Araşdırmalar nəticəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər. Məlumatda məhsulun adı, istehsalçısı, istehsal tarixini qeyd etsinlər”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






