Sosial
Diktokaulyoz xəstəliyi ilə bağlı xəbərdarlıq edildi
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarlarına bəzən qaramal, camış və zebuların ağciyərində girdə qurdların törətdiyi diktokaulyoz xəstəliyinə rast gəlinməsi ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu xəstəlik yaz və payız aylarında şiddətlənir. Köklük dərəcəsi aşağı və müqaviməti az olan heyvanlar arasında xüsusilə çox tələfata səbəb olur. Diktiokaulyoz bütün yaş qrupuna daxil olan qoyunlarda, daha çox isə birilliklərdə tələfat verir. Qaramalda isə birillik və ilyarımlıq cavan heyvanlar bu xəstəliyə tutulurlar.
Ağciyər qurd xəstəliyinə tutulmuş heyvanlarda öskürmə başlanır. Heyvan hərəkət edərkən çox tez-tez öskürür. Onların burnundan selik axır. Heyvan çətinliklə nəfəs alır, arıqlayır, çənəsinin, döşünün altında şişlər əmələ gəlir. Diktiokaulyozun ən səciyyəvi əlamətlərindən biri də xəstə heyvanların tədricən arıqlamasıdır. Düzgün yemləndirilməyən zəif və arıq heyvanlar bu xəstəliyi ağır keçirirlər. Diktiokaulyozdan ölmüş heyvanın cəmdəyi arıq, seliklı qişaları solğun, ağciyərləri bir qədər böyümüş, rəngi boztəhər, səthi qabarıqlı, bəzən tünd qırmızı rəngli bərkimiş sahələr, parenximada boşluqlar, bronx və bronxoiolalarda selikli maye və küllü miqdarda diktiokaulyoz törədicisi olur. Yadda saxlamaq lazımdır ki, ağciyərdə diktiokaulyoz törədicisinin tək-tək olmasının orqanizmə müəyyən mənfi təsiri olsada bu heç də heyvanın diktiokaulyozdan ölməsinə səbəb olmur.
Qeyd edək ki, qurdun tənəffüs yollarına tökdüyü yumurtalar bəlğəmlə heyvanların ağzına düşür və udqunma zamanı ağız suyu ilə udularaq bağırsaqlara keçir. Bağırsaqlarda, əsasən yoğun bağırsaqda yumurtalardan sürfələr çıxır. Həmin sürfələri heyvan nəcislə ətrafa yayır. Xarici mühitdə bunlar inkişaf edib invazion mərhələyə çatır. Belə sürfələr yemlə və ya su ilə udulduqda bağırsaq divarlarında limfa və qan damarlarına düşərək ağciyərlərə gətirilir. Burada onlar orta hesabla bir aydan sonra cinsiyyətcə yetişkən qurda çevrilir. Heyvan müalicə edilməzsə, qurdlar ağciyərdə 45 gündən bir ilədək qala bilir.
Diktiokaulyoz sürfələri əlverişli şəraitdə bir ilə yaxın diri qalıb heyvanları yoluxdurur. Ona görə də əvvəllər diktiokaulyozlu heyvanlar otarılmış sahələrdə mal-qaranın bu xəstəliyə yoluxma qorxusu olduğu nəzərə alınmalıdır.
Diktiokaulyoz respublikanın müxtəlif iqlim zonalarında bir-birindən fərqli sürətdə baş verir. Ona görə də ayn-ayrı rayonlarda diktiokaulyoza qarşı profilaktik dərmanlama Dövlət Baytarlıq Xidmətinın yerli qurumları tərəfindən müəyyən edilmiş vaxtlarda aparılmalıdır.
Diktiokaulyozla yoluxmanın qarşısını almaq üçün heyvanlar tam keyfiyyətli yemlərlə təmin olunmalı, mədəni otlaqlarda otarılmalı, növbəli otarma təşkil edilməlidir.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





