Sosial
Prezidentin göstərişi ilə bu küçəyə Süleyman Ələsgərovun adı verildi
Azərbaycanın xalq artisti, bəstəkar Süleyman Ələsgərovun adını daşıyacaq küçə müəyyənləşib.
Bu barədə “Report”a mərhum bəstəkarın nəvəsi, "Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.
O bildirib ki, Nəsimi rayonunda yerləşən küçələrdən birinə S.Ələsgərovun adı verilib:
“Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla əlaqə saxladım. O, mənə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına bitişik küçəyə babamın adının verildiyini dedi. Belə ki, məsələ ilə bağlı Prezident İlham Əliyevə məlumat verilib və dövlət başçısı Süleyman Ələsgərovun adının həmin küçəyə verilməsi ilə bağlı göstəriş verib. Bundan sonra Eldar Əzizov sözügedən küçəyə Süleyman Ələsgərovun adının verilməsi ilə bağlı müvafiq əmr imzalayıb”.
T.İmanov bildirib ki, həmin küçəyə S.Ələsgərovun adının verilməsi onların ailəsində müsbət qarşılanıb. O, buna görə ölkə başçısına təşəkkürünü bildirib: “Mən məhz ailəmizin istədiyi küçəyə babamın adı verildiyi üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Çünki bu küçə Musiqi Akademiyasına bitişikdir. Bu da təsadüfi deyil. Bu ərazi bizim ailməzi üçün simvolik xarakter daşıyır. 1940-cı ildə Süleyman Ələsgərov Şuşadan Bakıya gələn zaman onun şəhərdə yaşamaq üçün evi olmayıb. Çünki Bakıda heç bir qohumu, əqrəbası olmayıb. Ona görə də Konservatoriyaya (indiki Bakı Musiqi Akademiaysı) gedib və Üzeyir Hacıbəyovla görüşüb. Üzeyir Hacıbəyov babamla maraqlandıqdan sonra Konservatoriyanın binasında yaşamaq üçün bir otaq verib. Süleyman Ələsgərov orada yaşayıb və ailə qurub. Mənim anam da orada böyüyüb. Sonradan anam və iki dayım da həmin Konservatoriyada təhsil alıb. Ona görə də bizim ailənin həmin məkanla bağlılığı çoxdur”.
Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub. Görüşdə mədəniyyət işçiləri xahişlərini bildirib və təkliflərini irəli sürüblər. T.İmanov ölkə başçısına babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adının verilməsi üçün göstəriş verib.
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO



































.jpg)
