Sosial
Azərbaycanda bu yazıçılara 2 min manat pul verildi - SİYAHI
Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup müəllifi mükafatlandırıb.
Bu barədə Teleqraf.com-a AYB-dən məlumat verib.
Qeyd olunub ki, dövlət başsının AYB-yə ayırdığı vəsaitin bir hissəsi bu mükafatların verilməsinə xərclənəcək.
Bu il yubileyləri keçirilən İmadəddin Nəsimi, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adına 2000 (iki min) manat məbləğində 12 mükafat nəzərdə tutulur.
İmadəddin Nəsimi adına şeir mükafatlarına Musa Yaqub, Vaqif Bayatlı Odər və Firuzə Məmmədli, Cəlil Məmmədquluzadə adına nəsr mükafatlarına xalq yazıçısı Elçin Əfəndiyev, akademik Kamal Abdulla və xalq şairi Sabir Rüstəmxanlı, Cəfər Cabbarlı adına dramaturgiya mükafatlarına isə Firuz Mustafa, Vaqif Əlixanlı və Əjdər Ol layiq görülüb.
İsmayıl Şıxlı adına tənqid, ədəbiyyatşünaslıq və publisistika üzrə mükafatların laureatları professor Nizaməddin Şəmsizadə, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və tədqiqatçı Gülxani Pənahdır.
Gənc yazarlar üçün nəzərdə tutulan “Uğur” mükafatına isə Ümid Abbas Nihani, Rəvan Cavid, İntiqam Yaşar, Sərdar Amin və Əliəsgər Əhməd layiq görülüb. “Uğur” mükafatının məbləği 1000 (min) manatdır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
