Sosial
Əhaliyə ŞAD XƏBƏR: maaş və pensiyalar yenidən ARTIRILACAQ
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov ATV telekanalına müsahibə verib.
Publika.az xəbər verir ki, o, son zamanlar ictimayyətin əsas müzakirə obyektlərindən biri olan Avropa Birliyi – Azərbaycan münasibətlərinə toxunub.

Əli Əhmədovun sözlərinə görə, bu əməkdaşlıq müstəqil dövlət olan Azərbaycanın maraqları çərçivəsindədir və bu istənilən əməkdaşlıqda ən vacib amildir:
"Azərbaycanın istənilən qurumlarla, təşkilatlarla, beynəlxalq qurumlarla əməkdaşlığı hər şeydən əvvəl Azərbaycanın müstəqilliyinin ifadəsi və Azərbaycanın milli maraqlarının qorunması əsasında olacaqdır. Azərbaycan bu çərçivədə istənilən qurumlarla, o cümlədən AB ilə əməkdaşlıq edir. Bu proses başa çatdıqdan sonra, saziş imzalandıqdan sonra Azərbaycanın AB ilə əməkdaşlığı reallaşacaqdır və bundan irəli gələn vəzifələr ardıcıl sürətdə həyata keçiriləcəkdir".
2019-cu ilin əvvəllərindən etibarən dərinləşən struktur və sosial islahatlardan danışan baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyevin elan etdiyi islahatlar davamlı olacaq, həmçinin müvafiq sərəncamların əhatə dairəsindən kənarda qalan vətəndaşlar da mütəmadi olaraq öz həyatlarının yaxşılaşdırılması yönündə atılacaq addımların şahidi olacaq:
"İkinci bir tərəfdən isə Azərbaycan dövlətinin imkanlarının artmasına uyğun şəkildə yeni maaşların, pensiyaların, müavinətlərin artırlmasıyla bağlı sərəncamlar imzalanacaqdır. Bu prezidentin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlir və uzun sürən davamlı xətt olaraq reallaşacaqdır. Bizim hədəfimiz, bizim məqsədimiz Azərbaycan vətəndaşının rifahını, yaşayış səviyyəsini gündəngünə yaxşılaşdırmaq və hər il daha yüksək səviyəyə qaldırmaqdan ibarətdir".
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar








.jpg)









.jpg)




















