Sosial
“Təmiz hava” aylığı çərçivəsində reydlər davam etdirilir - FOTO
Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün stasionar postlarında “Təmiz hava” aylığı çərçivəsində reydlər keçirilir.
Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müşfiq, Saray və Qaradağ postlarında sürücülər arasında maarifləndirmə işinin aparılması və ətraf mühiti çirkləndirən, texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin aşkarlanması məqsədilə tədbirlər görülür. Yol Patrul Xidməti Alayının bütün stasionar postlarında tədbirlər ay ərzində davamlı olaraq keçirilir. Reyd zamanı texniki cəhətdən nasaz avtomobillərlə yük daşıyan, ətraf mühiti çirkləndirən avtomobillərə də rast gəlinib.
Qaradağ postunda saxlanılan “QAZ-31” markalı avtomobilin səsboğucusunun olmadığı aşkarlanıb. Polis əməkdaşları həmin sürücü barəsində tədbir görüb, ona törtədiyi əməlin təhlükəli tərəfləri izah olunub. Bildirilib ki, o, bununla ətraf mühitə ziyan vurur və avtomobili nasaz vəziyyətə salır. Bundan başqa, minik avtomobilinə vurduğu yük nəqliyyat vasitəsinin dayanıqlı olmasını pozur və əyləc sisteminə təsir edir. Bununla da o, kiçik bir manevr zamanı ağır qəza törədə bilər.
Saray postunda isə hər gün 15-20 sürücü barəsində tədbir görülür. Yol Patrul Xidməti Alayının 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov bildirib ki, hər gün 100-ə yaxın avtomobil saxlanılır və zəhərli qazların miqdarı yoxlanılır. Son vaxtlar normanı aşmayan, hətta normadan daha az zəhərli qaz ixrac edən nəqliyyat vasitələrinə rast gəlinir. Lakin normadan 2-3 dəfə çox zəhər ixrac edən nəqliyyat vasitələri də var ki, onların sürücülərinə dəfələrlə edilən xəbərdarlıqlar nəticə vermədiyi üçün yol polisi onları cərimələyir.
Müşfiq postunda keçirilən reyd zamanı texniki cəhətdən nasaz avtomobillər aşkarlanıb. Normaları aşmayan, avtomobilə vaxtında texniki qulluq göstərən sürücülərə də rast gəlinib. Yol polisi onlara təşəkkürünü bildirib, digər sürücülər arasında maarifləndirici söhbətlər aparmağa dəvət edib.
Yol polisinin təbliğat xarakterli tədbirləri avqustun sonunadək davam edəck. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, avtomobili texniki cəhətdən nasaz halda idarə etməsinlər, belə nəqliyyat vasitələri ilə uzaq yola çıxmaq olduqca təhlükələdir. Unutmaq olmaz ki, zəhərli qazların miqdarı çox olduqda bu elə ilk növbədə sürücünün özünə, ailə üzvlərinə ziyan vurur.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





