Sosial
“Təmiz hava” aylığı çərçivəsində reyd keçirildi - FOTO
Abşeron Rayon Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib.
Reyd Saray qəsəbəsi ərazisində təşkil edilib.
Keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb. Həmçinin bölmə əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və avtomobillərin saz vəziyyətdə saxlanılması barədə sürücülərlə profilaktik söhbətlər aparılaraq, onlara hüquq və vəzifələri izah edilib.
Reyd zamanı 30-a yaxın avtomobil yoxlanışdan keçirilib. Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, eləcə də sənədsiz avtomobil idarə edən sürücülər saxlanaraq barələrində inzibati xəta haqqında protokol tərtib olunub (Report).
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO










.jpg)

























.jpg)

.jpg)