Sosial
“Təmiz hava” aylığı çərçivəsində reydlər davam etdirilir - FOTO
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində yol polisi əməkdaşları tərəfindən reydlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Publika.az-a bildiriblər ki, növbəti belə tədbir Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə Qusar rayonu ərazisində keçirilib.
Tədbir zamanı yol polisi əməkdaşları tərəfindən avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bundan əlavə, reyd zamanı sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, eləcə də manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində protokollar tərtib edilib. Bölmə əməkdaşları bu cür qayda pozan sürücülərlə profilaktik söhbətlər apararaq onlara hüquq və vəzifələri izah ediblər.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO










.jpg)

























.jpg)

.jpg)