Sosial
"Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana "yox" deyək" - CANLI YAYIM - (YENİLƏNİR)
Bakıda Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masa keçirilir.
Axar.az xəbər verir ki, tədbirdə Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda birləşmiş hüquq müdafiəçiləri, QHT rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Tədbirin keçirilməsində əsas məqsəd son dövrlər sosial şəbəkələrdə söyüş, təhqir və böhtan xarakterli çıxışlara qarşı müzakirə aparmaqdır.
***
Millət vəkili Çingiz Qənizadə bildirib ki, illərdir ölkəmiz erməni işğalçılarına qarşı müharibə şəraitində yaşayır:
“Müharibə deyəndə, ilk olaraq biz silah-sursat, döyüş qavramını başa düşürük. Ancaq sən demə, ölkəmizə bir vətəndaş müharibəsi də gedirmiş. Biz özümüz bəlkə də bunu hiss etmirik. Amma bu gün sosial şəbəkələrdə gedən bu müharibə əslində, vətəndaş müharibəsidir, tərəfləri ikiyə bölüb. Hər iki tərəfdən bir-birinə söyüş, təhqir və böhtanlar yağdırılır. Əvəzində isə əxlaqımız korlanır”.
Ç.Qənizadə bu halların qarşısının alınması üçün ciddi addımlar atılmamasından təəssüfləndiyini bildirib:
“Virtual dünya hesab olunan sosial şəbəkələrdən son dövrlərdə əxlaqi, milli və dini dəyərlərə sığmayan, dilə gətirilməsi, ifadə olunması mümkün olmayan söyüşlərin şahidi oluruq. Söyüş və təhqirlərin baş alıb getdiyi bu sosial şəbəkələrdən müxtəlif yaş qruplarını əhatə edən və müxtəlif sosial statusu olan qadınlar, gənclər, orta məktəb şagirdləri belə istifadə edirlər. Bu cür hallar isə təbii olaraq vətəndaşlarımızın, gənclərimizin tərbiyəsinə, psixologiyasına mənfi təsir göstərir və bu, yolverilməzdir. Sanki bilə-bilə əxlaqımızı korlamağa çalışırlar.
Biz istər xaricdə, istərsə də ölkə daxilində bu cür hərəkətlərə yol verən şəxsləri söyüş, təhqir və böhtanlardan əl çəkməyə çağırırıq və bu hərəkətləri dayandırmağı tələb edirik”.
***
Mən həmişə söz azadlığının tərəfində olmuşam və olacağam. İnternet də təbii ki, azadlıq məkanıdır. Təxminən 20 il bundan öncə biz bu söhbətləri apara bilməzdik. İstəsək də, istəməsək də internetin əhatə dairəsi genişlənib və deyirlər ki, 30-40 ildən sonra biz hamımız orada yaşayacağıq.
Bunu xalq yazıçısı Çingiz Abdullayev Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada çıxışında deyib.
“Bu zalda bir nəfər durub söyüş söysə, biz ona necə baxacağıq? Ən azından onu bu zaldan çıxaracağıq. İnternetdə söyüş söyənlər fikirləşmir ki, İnstaqram, Feysbuk, Tvitter, Teleqram açıq məkandır? Bunu sənin ailən, xanımın, uşaqların oxuyur. Atasının söyüşlərdən istifadə etdiyini bilən uşaq hansı əxlaqla böyüyəcək? Əgər sən çıxıb küçədə söyüş söysən, deyəcəklər ki, bu, xuliqanlıqdır. Amma internetdə baş verəndə deyirlər ki, söz azadlığıdır. Xeyr, bu, söz azadlığı deyil. Hər istədiyini etmək azadlıq deyil. Əsl azadlıq istəmədiyin halda səni məcbur etdikləri şeyləri etməməkdir. Nə gəldi danışmaq dəlilikdir. Xahiş edirik ki, söyüş, təhqir yazanlara senzura qoyulsun”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO