Sosial
Bakıda bu marketdə istifadə müddəti bitmiş məhsullar satılır
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Agentlikdən Publika.az-a verilən məlumata görə, AQTA əməkdaşları bir qrup sakinin müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov 56 ünvanında fəaliyyət göstərən “Real” marketdə araşdırma aparılıb. Araşdırma zamanı vitrində olan qida məhsullarına baxış keçirilib. Marketdə istifadə müddəti ötmüş müxtəlif əmtəə nişanlı süd və süd məhsulları aşkar olunmuşdur. Yararlılıq müddəti ötmüş qida məhsulları qanunvericiliyin tələblərinə uyğun olaraq, satışdan çıxarılaraq məhv edilib.
Aşkarlanmış nöqsanlarla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və obyektin fəaliyyəti nəzarətə götürülüb. Sağlamlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunvericiliyin və texniki normativ hüquqi aktların tələbləri izah olunub.
İstehlakçılara bir daha tövsiyyə olunur ki, qida məhsulları seçərkən məhsulun etiket məlumatlarına, mənşəyi ilə bağlı sənədlərə eyni zamanda saxlama şəraitinə diqqətli yetirsinlər. Hər hansı neqativ hallarla rastlaşdıqda Agentliyin 1003 - Çağrı Mərkəzinə məlumat versinlər.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO










.jpg)

























.jpg)

.jpg)