Məscidlər özəl torpaqda tikilsə də, özəl mülkiyyət ola bilməz - Komitə rəsmisi
Bizi izləyin

Sosial

Məscidlər özəl torpaqda tikilsə də, özəl mülkiyyət ola bilməz - Komitə rəsmisi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda bəzi məscidlərinin fəaliyyətinin dayandırılması məsələsinə aydınlıq gətirib.

Komitənin sədr müavini Səyavuş Heydərov jurnalistlərə deyib ki, müstəqilliyin ilk illərində bir sıra məbədlər, məscidlər uyğun olmayan ərazilərdə tikilib. Onun sözlərinə görə, bəzi məscidlər konkret olaraq təhlükəli zonalarda, bəziləri isə özəl torpaqlarda tikilib.

S.Heydərov vurğulayıb ki, məscidlər özəl torpaqda tikilsə də, özəl mülkiyyət ola bilməz.

Onun sözlərinə görə, bəzi məscidlər belə problem yaratdığına görə özəl torpaqlarda tikilən məscidlərlə bağlı o ərazinin sahiblərinə tövsiyə edilib ki, həmin torpaqlar məbədlərlə birgə bələdiyyələrin balansına verilməsin və özəl mülkiyyətdən çıxarılsın:

"Bu məsələdə qanunvericiliyin tələblərinə riayət olunacaq. Bəzi məscidlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması da bununla bağlıdır".

Komitə sədrinin müavini əlavə edib ki, Azərbaycanda bütün dini məbədlərin fəaliyyətdə olması, onlara hər bir tərəfdən dövlət dəstəyinin göstərilməsi göz önündədir:

"Bütün dini məbədlər dövlət tərəfindən pulsuz qazla təmin olunub. Bu məbədlərin təmirinə böyük diqqət göstərilir. Ümumilikdə Azərbaycanda milli mənəvi, dini dəyərlərin qorunması üçün bir çox işlər görülür və bu siyasət bundan sonra da davam edəcək". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm